AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türk təyyarəsində bomba xəbəri yalan çıxdı

Türk təyyarəsində bomba xəbəri yalan çıxdı

Təfsilat
05 Dekabr 2012, 13:12 1101
"Türk Hava Yolları" şirkətinin İstanbul-Kişinyov reysini həyata keçirən təyyarəsində bombanın olmasına dair informasiyanın yalan olduğu aydınlaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Anadolu agentliyi xəbər verib.

Çərşənbə günü səhər "Türk Hava Yolları" şirkətinin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra məcburi eniş edib.

İstanbul "Atatürk" hava limanında yerə endikdən sonra təyyarəyə baxış keçirilib və bomba barədə məlumat verən şəxs saxlanılıb.