• cümə, 29 Mart, 01:44
  • Baku Bakı 7°C

Türk Şurasının müşahidə missiyası: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi

12.04.18 12:20 382
Türk Şurasının müşahidə missiyası: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi
"Seçkilərin Azərbaycan xalqına xeyirli olmasını arzu edirik. Qubada, Bakıda və Şəkidə müşahidə apardıq. Bütün təşkilati işlər yüksək səviyyədə təşkil olunmuşdu”.

APA-nın məlumatına görə, bunu aprelin 11-də Bakıda keçirilən prezident seçkilərində müşahidə aparan Türk Şurasının müşahidə missiyasının rəhbəri Ömər Kocaman deyib. Missiya rəhbəri bildirib ki, müşahidə heyətindəTürkiyə, Qazaxıstan və Qırğızıstandan müşahidəçilər olub: "Rahatlıqla və böyük məmnuniyyətlə deyə bilərəm ki, seçkilər beynəlxalq standartlara uyğun şəkildə keçirildi. Hər hansı problemlə qarşılaşmadıq. Seçicilər çox fəal idi. 55 məntəqədə olduq. Hər bir məntəqədə şərait seçki qanunauyğunluğuna cavab verirdi. Dost Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamaiusupov 2010-cu ildən etibarən təşkilat üzvlərinin müşahidə keçirdiyini, Azərbaycandakı prezident seçkilərinin azad və şəffaf təşkil olunduğunu deyib.

Missiyanın üzvü, Qazaxıstan parlamentinin deputatı Naziya Telmukhamedova Azərbaycanda keçirilən prezident seçkilərini tarixi hadisə adlandırıb: "Bu seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Aprelin 11-də keçirilən seçkilər tarixi hadisədir. Müşahidələrimə əsasən deyə bilərəm ki, təşkilatçılıq beynəlxalq standartlara tam uyğun idi”.
banner

Oxşar Xəbərlər