• cümə, 29 Mart, 02:20
  • Baku Bakı 7°C

Türk Şurasının Baş katibi Ramazan bayramı münasibətilə bütün müsəlmanları təbrik edib

23.05.20 18:07 504
Türk Şurasının Baş katibi Ramazan bayramı münasibətilə bütün müsəlmanları təbrik edib
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Ramazan bayramı münasibətilə bütün müsəlmanları təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.
"Müqəddəs Ramazan ayını geridə qoyub müqəddəs bayramı olan Qurban bayramına yaxınlaşırıq, bütün müsəlmanları bayram münasibətilə ürəkdən təbrik edirəm.
Həmrəylik və birlik ruhunun önə çıxdığı, sevincli və xoşbəxt günlərimizdən biri olan Ramazan bayramına qovuşmağımızı təmin edən Uca Allaha minnətdarlığımızı ifadə edərkən, həm də Türk dünyasında və bütün dünyada qardaşlıq və dostluq münasibətlərinin daha da dərinləşməsini və möhkəmlənməsini diləyirəm.
Ümid edirəm ki, üzləşdiyimiz bu çətin günlər tezliklə bitəcək, Türk və İslam dünyası bu dövrdən güclü çıxacaq.
Türk Şurasının bütün kollektivi Türk Dünyasında, eləcə də bütün dünyada müsəlmanlara xoşbəxt bir Ramazan bayramı arzulayır", - deyə təbrikdə bildirilir.
banner

Oxşar Xəbərlər