AZE | RUS | ENG |

Türk Şurasının Bakı Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunub

Türk Şurasının Bakı Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunub
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib. Nazir ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edib, cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.
Bağdad Amreyev, öz növbəsində, Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini vurğulayıb.
Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı Zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr aparıblar.
Sonda Xarici İşlər naziri Elmar Məmmədyarov Türk Şurasının Baş katibi Bağdad Amreyevə, habelə onun müavinləri Qismət Gözəlova və Ömer Kocamana "Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973