• çərşənbə, 24 Aprel, 14:32
  • Baku Bakı 27°C

Türk Qəhvəsi Baku Qəhvə-Çay Festivalında

11.01.19 11:15 1337
Türk Qəhvəsi Baku Qəhvə-Çay Festivalında
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyi "Baku Coffee& Tea Festival”ın da "Türk qəhvəsi’ nin tanıtımını həyata keçirəcək. "Festivalda ziyarətçilər "Türk kahvesi”, "Türk sahlebi”, və "Türk tatlıları” ilə tanış ola biləcıklər” deyə Türkiyə Səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi "Kaspi”yə açıqlamasında bildirib: "Bu dəfə bizim proqramımız başqa idi, ancaq çox sağ olsunlar festival təşkilatçıları” Onların "Türkiyəsiz olmaz”- deyə israrlı dəvətləri ilə simvolik olaraq festivala qatılırıq. Bizim Türk qəhvəsi ile bağlı 2019-cu il içində ayrıca çox geniş tanıtma günlərimiz və sərgilərimiz olacaq. İndi isə müsafirlərimizə Türk qəhvəsinin necə hazırlanması göstəriləcək və hamısı ödənişsiz dada biləcəklər”. İ.Çiftçi "Bir fincan Türk qəhvəsi içiləndə 40 il unudulmaz” deyə bütün qəhvə sevenləri Müşavirlik adından festivala dəvət edir.
banner

Oxşar Xəbərlər