• şənbə, 27 Aprel, 01:37
  • Baku Bakı 14°C

Türk ordusu daha 3 şəhid verdi - Terror hücumu

30.07.15 14:57 1304
Türk ordusu daha 3 şəhid verdi - Terror hücumu
Türkiyənin Şırnak vilayətində hərbçilər terror hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, terrorçular vilayətdə yerləşən Görməc hərbi bazasında yola nəzarət edən hərbçilərə atəş açıblar. Nəticədə 3 hərbçi şəhid olub. Onlardan biri zabit, ikisi əsgərdir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, separatçı terrorçular hərbçilərə silahlı hücum ediblər. Nəticədə Silahlı Qüvvələrin 3 hərbçisi ölüb, açılan cavab atəşi ilə 1 terrorçu məhv edilib.
banner

Oxşar Xəbərlər