• cümə, 29 Mart, 09:25
  • Baku Bakı 5°C

Türk nəşri: Azərbaycan münaqişənin həllinə dair danışıqları, Ermənistan isə təcavüzkar siyasəti davam etdirir

10.11.17 12:15 600
Türk nəşri: Azərbaycan münaqişənin həllinə dair danışıqları, Ermənistan isə təcavüzkar siyasəti davam etdirir
Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan "Diplomatic Observer” jurnalının 2017-ci il noyabr sayında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir.
Məqalədə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti təhlil edən müəllif Azərbaycan Prezidenti İlham Əliyevin "Artıq diplomatik üstünlük bizim tərəfdədir” sözlərinə yer verərək, Sarkisyan ilə Cenevrə görüşündə Ermənistanın heç bir şərt irəli sürmədən 16 ay sonra danışıqlar masasına oturmasının çox önəmli olduğunu qeyd edib. Məqalədə Minsk qrupunun yürütdüyü siyasət nəticəsində hələ də Azərbaycan ərazilərinin işğal altında qaldığı, 1 milyon azərbaycanlının hələ də qaçqın həyatı yaşadığı halda Qarabağa ermənilərin yerləşdirilərək demoqrafik vəziyyəti dəyişdirməyə cəhd göstərildiyi vurğulanır.
Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən müəllif hər iki ölkə ictimaiyyətinin də bir-birini çox yaxşı anladığını bildirir. Yazıda Azərbaycanın Çempionlar Liqasında mübarizə aparan "Qarabağ” komandasının azarkeşləri ilə bağlı Mevlut Tezel adlı türk jurnalistin "Sabah” qəzetindəki yazısı da sərt tənqid olunub.
Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə siyasətini yürütdüyünü söyləyən A.G.Babiş Türkiyə Prezidenti Rəcəp Tayyip Erdoğanın BMT Təhlükəsizlik Şurası ilə bağlı dediyi "Dünya beşdən böyükdür” sözlərini Minsk qrupuna şamil edərək "Qarabağ Minsk qrupundan böyükdür” yazır: "Azərbaycan münaqişənin həllinə dair danışıqları, Ermənistan isə təcavüzkar siyasətini davam etdirməkdədir”.
Müəllif hesab edir ki, Qarabağ münaqişəsinin həlli passivliyi göz önündə olan Minsk qrupuna həvalə edilməməli və ya Minsk qrupunun struktru dəyişdirilməlidir.
banner

Oxşar Xəbərlər