• cümə, 19 Aprel, 20:01
  • Baku Bakı 24°C

Türk millətinin psixologiyası barədə

12.03.14 14:55 4731
Türk millətinin psixologiyası barədə
Avropa alimləri müxtəlif vaxtlarda müxtəlif millətlərə psixoloji baxımdan hansısa ümumi xarakteristikalar verirlər. Onların terminləri ilə bu, «mentalitet» adlanır. Bu kontekstdən, onlar türk xalqlarının da milli psixologiyasını xarakterizə edirlər. Lakin uzaq avropalıların bu analizi, onların yad psixologiyaları səbəbindən, heç vaxt türklərin bütün məziyyətlərini, onların psixologiyanın incəliklərini əhatə edə bilməz. Məhz bu səbəbdən, burada türk xalqlarının milli psixologiyasına daxildən bir nəzər salmağa çalışırıq:
Sakit okeandan Atlantik okeana qədər uzanan bir ərazidə qazanılan tarixi qələbələr türk xalqlarında tarixən patoloji «‘‘Eqo’’-sentrik» bir psixologiya, milli xarakter formalaşdırıb ki, o da bu xalqlarda aşağıdakı spesifikaların meydana gəlməsi ilə nəticələnib:
 Müsbət kateqoriyadan olanlar:
a) Mərdlik, cəngavərlik (bu xalqların öz milli terminologiyası ilə ifadə olunsa – ərlik və ya ərənlik) psixologiyası: İlk dövrlərdə hansısa bahadurların nümunəsi timsalında, daha sonra hansısa yürüşlər ərəfəsində formalaşan və ümumilikdə, deyilən həmin qələbələrin səbəb və nəticəsi kimi meydana çıxan bu milli xarakter, sonrakı mərhələlərdə artıq sosial normalar tərəfindən təsbit olunaraq, mifologiya, əsatir və s. vasitəsilə milli şüura həkk olundu, onun əsas komponentinə çevrildi. Türk xalqlarının folklorunu qəhrəmanlıq epopeyalarının başına götürməsi bu kateqoriyadandır. Dünyanın bir çox xalqlarının taleyində, məişətində, milli xarakterində türk ərənliyi əvəzolunmaz izlər buraxıb. Məşhur Çin səddi, çinlilərin həşəratla qidalanması, ermənilərin yaltaq, fahişəxana və terrorist bir millət olması və b. məhz türk qəhramaniliyinin bu cür izlərindəndir – bunların hər biri yaşamaq uğrunda mübarizədə türk qəhrəmaniliyinə qarşı həmin xalqların özünəməxsus tarixi reaksiya (özünümüdafiə və ya adaptasiya) formalarıdır;
b) Kosmopolitizm: Tarixən zəbt etdikləri ərazilərə özləri ilə xüsusi türk sivilizasiyası daşımayıb, yerli xalqlara qarşı məcburi assimilyasiya siyasəti yürütməmələri şəklində təzahür edən bu psixologiya, bugünə qədər qorunub saxlanıb: türk dövlətlərinin demək olar ki hamısı çoxmillətli dövlətlərdir və bu, xırda millətlərin min-min illər ərzində türk dövlətlərinin nəzdində öz milli «mən»ini qoruyub saxlaya bilməsi, onlara qarşı tarixən, türklər tərəfindən heç bir milli diskriminasiyanın olmasının əlamətidir. Bu ərazilərdə milli zəmində üsyanların, qırğınların baş verməsinə, milli problemlərin qabarıqlaşmasına dair tarixdə elə bir məşhur faktın mə’lum olmaması, Avropanın böyük bir qisminin 600 il Osmanlı imperiyasının tərkibində olub, yenə də öz dinini, dilini itirməməsi və b. da deyilən türk kosmopololitizminin təzahürlərindəndir. Toleriantlıq, yə’ni digər millətlərə, baxışlara, düşüncə sistemlərinə, mədəniyyətlərə, mentalitetlərə və s. dözümlülük prinsipi, yalnız son dövrlərdə beynəlxalq arenada aktuallaşsa da, Türk millətlərində bu hal, demək olar ki, genetik olaraq mövcud olub;
c) Qadına hörmət: Deyilən kosmopolitik düşüncə tərzində, türk xalqlarının heç vaxt dəyişmədiyi, başqalarına uyğunlaşdırmadığı və daim də başqalarında mövcudluğunu qəbul etmədiyi çox cüz’i komponentlərdən biri də, qadına spesifik münasibətdir. Qadına qarşı patoloji tələbkar olan Şərq və qadına əyləncə, zövq-səfa mənbəyi kimi baxan Qərb düşüncə stilindən fərqli olaraq, burada bütün dövrlərdə qadın məsələsi tamam fərqli kontekstdə qavranılıb ki, bunun da bir neçə təzahür forması aşağıdakıdır: patoloji ailəcanlılıq; namus məsələsinin fövqəlyüksək dəyərləndirilməsi; qadının cariyə, qul, kəniz kimi alınıb-satılması ən’ənəsinin tarixən burada mövcud olmaması; əksinə, qadın azadlığının, qəhrəmanlıqlarının alqışlanması, tərənnüm edilməsi, stimullaşdırılması və bunun nəticəsi olaraq, türk xalqları tarixində çoxlu qəhrəman qadın adlarının qalması; türklərin tarixən monoqonik (təkarvadlı) ailə formalı millət olmaları və s.
 Deyilənlərlə bərabər türk millətlərinin xarakterində «mənfi» kimi səciyyələndirilə biləcək cəhətlər də olmamış deyil ki, bunların bir qismi aşağıdakılardır:
a) Patoloji individualizm: Bir tərəfdən cəngavərlik və mərdlik psixologiyasının, digər tərəfdənsə kosmopolitik düşüncə tərzinin zəruri nəticəsi olan və ətraf dünyaya ifrat eqoistik (və ya eqo-sentrik) münasibət şəklində təzahür edən bu milli xarakter, bütün dövrlərdə türk millətlərində milli birlik və kollektivçilik ruhunu zəif edib. Elə bugünkü gündə də həmin psixologiyanın zəruri nəticələrindəndir ki, dünya səviyyəsində təkbətək idman növlərinin (əski türk cəngavərliyinin ə’la təzahür formalarının) demək olar ki, əksəriyyətində türk xalqlarının nümayəndələri birincilik əldə edə bilibdisə də, kollektiv idman növlərinin heç birində bu xalqların əsaslı fərqlənməsi faktı, demək olar ki, mə’lum deyil (Türkiyənin futbol komandasının və Azərbaycanın «Bakılı oğlanlar» [KVN] komandasının son dövrlərdəki müəyyən uğurları, buradakı çox az istisnalardandır). Yenə də məhz həmin səbəbdən, dünyanın istənilən ölkəsində türk millətlərinin kifayət qədər nümayəndəsi olmasına baxmayaraq, dünyanın heç bir ölkəsində sayılan türk (Türkiyə, Azərbaycan, Özbək və s.) diasporası yoxdur (Haşiyə kimi bir məsələni qeyd edək ki, türk xalqlarındakı bu psixologiya türkdilli dövlətlərin heç birində heç vaxt radikal şovinist ideologiyaların mövcud olmaması ilə əlaqədardır. Lakin bu cür ideologiyaların meydana çıxmaması faktı ilə türkdilli dövlətlərin heç birinin heç vaxt monomillətli dövlət olmaması faktı arasında səbəb yoxsa nəticə əlaqəsi olmasını mütəxəssislər araşdırmalıdır);
b) Elmə laqeydlik: İskəndərin, Sezarın və b. yürüşlərinin hər addımı barədə hələ öz dövründə qalaq-qalaq kitablar yazılıbsa, Sakit okeandan Atlantik okeanına qədər bir ərazidə qazandıqları qələbələr barədə türk xalqları əllərinə qələm götürüb bir cümlə belə yazmayıblar. Və buna görə də bugünkü gündə öz qədim tarixlərini onun-bunun mənbələrinə əsasən öyrənir, məsələlərin tarixi sənədlər üzrə müzakirə olunduğu mö’təbər məclislərdə isə dili qısa qalırlar. Erməni kimi bədxahlarısa, bundan istifadə edib, onların ərazisində yaşayan bütün qədim xalqların, o cümlədən, ərmənlərin, albanların və b. yazı nümunələrini öz adına çıxır. Çünki türklər ömür-billah yazı yazmağı xoşlamayıblar, o ki qaldı, yeni eradan əvvəl ola. Yazmağa başlayıblarsa da bu, islamın tə’siri ilə, çox sonralar məcburi baş verib ki, indi tarixi sənədin olmaması, bir çox dairələrdə bütövlükdə tarixin olmaması kimi yozulur.
Türk xalqlarında elmə qarşı bu antipatiya və ya belə deyilsə, laqeyd münasibət sonrakı dövrlərdə də mövcud olub və bugünkü günə qədər də yaşamaqdadır. Bu da milli psixologiyanın bu qədər tarixi vaxt ərzində və bu qədər tarixi hücumlar, tə’sirlər qarşısında heç bir əsaslı transformasiyaya uğraya bilməməsinin nümunəsidir. Bu qədər çoxsaylı olmalarına baxmayaraq, onların ərazisində tarixən elə bir tanınmış alimin, elm-mədəniyyət xadiminin yetişməməsi, yetişsə də bunun mühacirətdə, yə’ni türk dövlətlərindən xaricdə baş verməsi, öz ərazilərində tək-tək yetişənlərinsə ölüncə kölgədə qalıb, ayaqlar altında tapdanması, e’tirafınınsa məcburi baş verməsi, yə’ni başqalarının ona hörmət etdiyini görüb, çox sonra öz vətənində qəbul edilməsi deyilən psixologiyanın təzahürlərindəndir (o cümlədən, konkret olaraq Azərbaycan timsalında: bu millətin sağlığında öz Füzulisinin salamını «rüşvət deyildir deyə almaması», Sabir, Vahid kimi ədiblərini vərəmlədib öldürməsi, Cavid, Müşfiq kimi ədiblərini öz əli ilə güllələməsi və dəyərini çox sonra başa düşüb, çox-çox sonra onlara qızıldan heykəl ucaltması bu qəbildəndir);
c) Siyasətə laqeydlik: İnsanları bütləşdirən, avtoritar Misir sivilizasiyası, bəşəriliklə ilahilik arasında qəti sədd qoyan, daha müasir və daha demokratik xaçpərəst (xristian) sivilizasiyası ilə kontaktda rəqabətə davam gətirməyib tənəzzül etdiyi kimi, Türk millətlərinin hegomon dünyəvi mövqeyinin də sonu, siyasət deyilən anlamın meydana gəlməsi və türklərin onu özlərinin cəngavərlik prinsipləri ilə bir araya sığışdıra bilmədiyi dövrdən etibarən başlamağa başladı. Məhz həmin dövrlərdən etibarən, bu xalqların «Mən Qazandan dönmərəm!», «Mən sevgilimdən dönmərəm!» və s. əqidəsi ilə yaşayan ər beyrəklərinin gəncliyi əsirlikdə keçib, çıxandan sonra da başına əmud çırpılıb, elə gənc ikən ömürləri yarımçıq kəsilməyə başlandı; tüfəng və siyasəti igidə yaraşdırmayan, bir nərəsi ilə dağları silkələyən koroğlularını hansısa keçəl həmzələr əli-qolu bağlı vəziyyətdə bir küncə atmağa başladı və s. Özüsə, məhz bütün bu səbəblərə görə, o vaxtdan bəri dönə-dönə öz qonşuluğundakı keçəl həmzələrin toruna düçar oldu. Elə məhz həmin səbəbdən, bu millətlər bugünkü gündə də, öz rəhbərlərinin hansısa diplomatik manevrlərini, onların öz hisslərini diplomatlara xas məharətlə gizlətmələrini, sətiraltı deyimlərini və s. heç vədə qavraya bilmir, qavrasa da buna patoloji allergiya ilə reaksiya verir, bunları bugünkü dünyada çoxdan bərqərar olan diplomatik etiket, siyasi normalar və s. meyarı ilə yox, özünün əski cəngavərlik, kişilik, sözübütövlük, «olduğun kimi görünmək» və s. meyarları ilə ölçüb qiymətləndirir.
Bizim subyektiv qənaətimizə görə, bütün bu mənfi və müsbət xarakteristikaların yaranması və yaşamasında, bu xalqların milli şüurunun əsas elementlərindən olan mifologiyalarının rolu əvəzsizdir. Konkret olaraq, Azərbaycan xalqının hələ beşikdəykən öz övladlarına danışdığı ən məşhur milli əfsanələrindən olan Məlikməmməd nağılında qardaş qardaşın kəndirini kəsməsi; «Dədə Qorqud» eposunda arvad hesabına vəzifəyə gəlib, sonradan da, gününü «yeddi illik şərab içib» «ov ovlamaqda, quş quşlamaqda» keçirən, indiyəcən vətənin ərazi bütövlüyü uğrunda can qoymuş ər igidləri xidmətlərinə görə deyil, hansısa ikinci dərəcəli səfeh əlamətlərə görə qiymətləndirib qara çadırlara göndərən, bütün bunlara görə də, ölkəsini yağı tapdağına məruz qoyan Qazan xanların tərənnüm olunması, əksinə, indiyəcən vətən uğrunda can qoymuş, sonda isə haqsızlığa və əsassız təhqirə məruz qaldığından, öz ləyaqətini qorumaq üçün qisasını alan Arus xanların pislənməsi; qoldan güclü, ağıldan zəif Koroğluların təriflənib, ağıldan güclü, qoldan zəif Keçəl Həmzələrin təhqir olunması, istər istəməz bu xalqın təhtəlşüurunu formalaşdıran və ya təzahür etdirən arxetiplərdəndir.
Yekunda bir daha qeyd edirik ki türk millətlərinin psixologiyası ilə bağlı bütün bu deyilənlər bizim subyektiv mülahizələrimiz idi və hər hansı obyektiv, ciddi tədqiqata əsaslanan eksperimental nəticə kimi qəbul etməməli;
Ermənilərin milli psixologiyasısa müxtəsər formada belə xarakterizə etmək olar ki, sadalanan türklərə xas əlamət və xüsusiyyətlərin hamısının tam şəkildə əksi onlara xasdır. İlkin mərhələdə o vaxtkı İranın əyalətlərindən biri olan və əhalisi İran dilində danışan Ərməniyyədə milli azlıqlardan biri, və ya bu dövlətin əsirlərinin yerləşdirildiyi kaloniyalarından biri kimi mövcud olan və «Hay|k|»lar adlanan hazırkı ermənilər, sonrakı dövrlərdə bu dövlət dağılandan sonra qonşu ərazilərdə elə mənsub olduqları qüdrətli dövlətin adı ilə də adlandırılaraq ərmənlilər, ərmənilər və s. kimi tanındılar. Yəni ki, yaşadıqları güclü dövlətin adını, adətlərinə uyğun olaraq özününküləşdirdilər, özəlləşdirdilər. Bununla belə, heç vaxt xüsusi dövlət şəklində mövcud olmayıblar ki, bunu da onların tarixdə heç bir dövlət atributlarının (pul, gerb və s.-in) qalmaması faktı da isbatlayır. Yalnız XIX-XX əsrlərdə Osmanlı imperiyasını daxildən parçalamaq istəyən qonşu dövlətlərin planı və dəstəyi sayəsində türk dövlətlərinin «düz göbəyinin ortasında» tarixdə ilk erməni dövləti yaradıldı ki, sonradan da Türkiyəyə əleyh olan hər yeni dövlət (XIX əsrdə ingilislər, XX əsrdə ruslar və b.) bu erməni kartını oyundan çıxmağa qoymayıb, növbə ilə dönə-dönə oyuna daxil etdi. Mövcudluğunun missiyasından asılı olduğunu, missiyasının isə Türkiyəni aradan götürməkdə böyük dövlətlərə alət olmaq olduğunu dərk edən erməni xalqı isə ölməyib sağ qalmaq üçün bu «killer» vəzifəsi ilə razılaşmaq məcburiyyətində qaldı və insafən də, vəzifəsinin öhdəsindən layiqincə gəldi. Üstəlik də, bütün bu tarixi-psixoloji proseslərin sayəsində bu millətin beyni davamlı olaraq planlı şəkildə anti-türk əhval-ruhiyyəsinə kökləndirildi, hansının ki, ağrı-acısını Azərbaycan və Türkiyə hələ də çəkməkdədir.
Bu millətin milli şüuru türklərin əsir kaloniyalarında formalaşdığından, bugünkü gündə də onlarda kaloniyal düşüncə sistemi patoloji səviyyədədir. Onlarda sənətkarlığın (əsirlik peşəsinin) geniş yayılması, patoloji kollektivçilik, özgə millətlərə, mədəniyyətlərə, dinlərə qarşı dözümsüzlük və s. bu mənşədən qidalanır. Türk cəngavərliyi qarşısında gücsüzlük tarixən onlarda «natamamlıq kompleksi» kimi patoloji hiyləgərlik, yaltaqlıq psixologiyası meydana çıxarıb. Kaloniyal təbəqə kimi türklərin onların qadın və qızlarından lazım olanda heç bir icazə istəmədən götürüb istifadə etməsi, getdikcə onlarda bu məsələ ilə barışmaq psixologiyası formalaşdırıb və onlar üçün namus məsələsinin arxa plana keçməsi ilə nəticələnib. Üstəlik də ki, qadın onlarda öz milli və ya şəxsi maraqlarını həyata keçirmək üçün bir alət yerində qavranılmağa başlanıb (Yeri gəlmişkən, öz dövründə Engels də fahişəliyin tarixinin məhz Ermənistandan başladığı versiyasını söyləmişdi).
Cabbar Məmmədov
("Diplomatik psixologiya" kitabının müəllifi)
banner

Oxşar Xəbərlər