• çərşənbə axşamı, 19 mart, 09:29
  • Baku Bakı 8°C

Türk Hava Yolları Ərbilə uçuşları bərpa etdi

24.03.18 12:05 565
Türk Hava Yolları Ərbilə uçuşları bərpa etdi
Türk Hava Yolları (THY) martın 26-dan İraqın Ərbil Hava Limanına uçuşlarını bərpa edəcək. Artıq bilet satışına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu THY-nın baş direktoru Bilal Ekşi bildirib.
Qeyd edək ki, rəsmi Bağdad İraq Kürd Regional Rəhbərliyinin (İKRR) ərazisinə tətbiq etdiyi uçuş qadağalarını Novruz bayramı ərəfəsində aradan qaldırıb. İraqın Baş naziri Heydər əl-İbadi ilə İKRR-də fəaliyyət göstərən "Demokratiya və ədalət uğrunda” ittifaqın rəhbəri Bərhəm Salih arasındakı telefon danışığında razılıq əldə olunub.
İKRR rəhbərliyinin beynəlxalq hüquqa zidd olaraq bölgədə referendum keçirməsi səbəbindən ötən il sentyabrın 29-dan etibarən Ərbil və Süleymaniyə şəhərlərindəki hava limanlarına uçuşlar dayandırılıb.
banner

Oxşar Xəbərlər