Türk futbolçu Rusiya klubundan 64 milyon tələb edir
"Rubin”in sabiq
futbolçusu Gökdəniz Qaradəniz Rusiya Futbol İttifaqına şikayət edib.
Kaspi.az xəbər
verir ki, Gökdəniz sabiq klubunun ona borclu olduğunu bildirib. "Rubin”in türk
futbolçuya 64 milyon rubl borcu var.
Gökdəniz
karyerasını ötən ilin mayında bitirib. Onun şikayəti araşdırılır. "Rubin” buna
görə ağır sanksiyaya məruz qala bilər.
Klub futbolçu ilə
danışıqlar aparıb məsələni yoluna qoymaq istəsə də, tərəflər arasında razılıq əldə
olunmayıb.