• şənbə, 20 Aprel, 13:03
  • Baku Bakı 23°C

Türk futbolçu Bundesliqanın səviyyəsindən narazıdır

13.02.18 15:50 906
Türk futbolçu Bundesliqanın səviyyəsindən narazıdır
Dortmund "Borussiya”sının sabiq futbolçusu, hazırda "Mançester Siti”də çıxış edən İlkay Gündoğan Almaniya çempionatının səviyyəsindən narazılığını bildirib.
Kaspi.az xəbər verir ki, Gündoğan Bundesliqanın səviyyəsinin aşağı düşdüyünü vurğulayıb. Türk əsilli futbolçu "Bavariya” ilə digər klublar arasında kəskin fərq olduğunu deyib:
"Mənim üçün Bundesliqada intriqa yoxdur. Komandaların əksəriyyəti meydana səhv etməmək üçün çıxırlar, futbol oynamaq üçün yox.
Əlbəttə, "Bavriya” "Bavariya”dır. Bu klub uzun illərdi ki, yüksək səviyyəli oyuna stavka edir. İngiltərədə çempionluq uğrunda mübarizə aparan komandaların sayı çoxdur. Almaniyada isə "Bavariya” ilə digər klublar arasında kəskin fərq mövcuddur”.
banner

Oxşar Xəbərlər