• cümə, 26 Aprel, 19:54
  • Baku Bakı 22°C

Türk əsgərləri Suriyanın Menbiç şəhərinə doğru irəliləyir

18.06.18 16:22 693
Türk əsgərləri Suriyanın Menbiç şəhərinə doğru irəliləyir
Türkiyə hərbçiləriSuriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir.Eyni andahavada ABŞ helikopterləri uçmağa başlayıb.

Qeyd edək ki, Menbiç PKK terror təşkilatınınSuriyaqolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.
banner

Oxşar Xəbərlər