• çərşənbə axşamı, 16 aprel, 13:07
  • Baku Bakı 19°C

Türk dünyasının ortaq maraqlarına xidmət

22.12.18 17:19 561
Türk dünyasının ortaq maraqlarına xidmət
TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının Türkiyənin Kastamonu şəhərində qəbul etdiyi qərarlar bütün türk dünyası üçün uğurludur.
Bu fikriAZƏRTAC–a açıqlamasında Kastamonu şəhər bələdiyyəsinin sədri Tahsin Babaş TÜRKSOY-un Daimi Şurasının 36-cı iclasının qərarlarını şərh edərkən ifadə edib. 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını Kastamonu şəhəri üçün böyük faydalar gətirdiyini diqqətə çatdıran bələdiyyə sədri bu çərçivədə həyata keçirilən layihələrin əhəmiyyətini yüksək dəyərləndirib.
Bələdiyyə sədri qeyd edib ki, TÜRKSOY Daimi Şurasının 36-cı iclasının böyük Azərbaycan şairi Nəsiminin yaradıcılığının dünya birliyinə çatdırılması barədə qərarı türk dünyasının ortaq maraqlarını əks etdirir. TÜRKSOY-un gələcək fəaliyyətinə uğurlar arzulayan bələdiyyə sədri Kastamonudan Azərbaycana isti və səmimi salamlarını çatdırıb.
banner

Oxşar Xəbərlər