• cümə, 19 Aprel, 07:59
  • Baku Bakı 13°C

“Türk Dünyası Musiqi əfsanələri” Sankt Peterburqda

10.05.19 15:37 794
“Türk Dünyası Musiqi əfsanələri” Sankt Peterburqda
Türkiyə-Rusiya Mədəniyyət və Turizm İli çərçivəsində TÜRKSOY Rusiyanın Sankt Peterburq şəhərində Türk xalqlarının musiqisinin nümayiş etdiriləcəyi "Şərqin musiqi əfsanələri” adlı konsert təşkil edəcək. Rusiya Dövlət sənətçisi Dimirti Xoxlovun rəhbərliyi ilə V.V.Andreyev Dövət Akademik Rus Orkestri, Sankt Peterburq Filarmoniyası Böyük Salonu, Dövlət Akademik Kapella Salonu və Ordu Evi Salonunda baş tutacaq konsertlərdə sənətsevərlər türk xalqlarının zəngin musiqi mədəniyyəti ilə yaxından tanış olacaq və Şərq bəstəkarlarının əsərləri ilə nağıl kimi gecənin qonağı olacaqlar.
TÜRKSOY-dan "Kaspi”yı verilən məlumata görə, layihənin ideya müəllifi, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun da iştirak edəcəyi konsertlər 10, 11 və 13 may tarixlərində keçiriləcək. Konsertlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın akademik musiqi örnəkləri ifa ediləcək. Belə ki, Üzeyir Hacıbəyov, Qara Qarayev, Həsən Rzayev, Arif Məlikov, Vasif Adığözəlov, Atay Oqombayev, Kalıj Moldobasanov, Mukan Tulebayev, Ahmet Jubanov kimi bəstəkarların əsərləri dinləniləcək.
Rus musiqisevərlər türk xalqlarının özəlliklərini özündə təcəssüm etdirən və Şərq mədəniyyətinin izlərini daşıyan "Yeddi gözəl”, "Eşq əfsanəsi”, "Birjan və Sara”, "Koroğlu”, "Abay” kimi əfsanələşmiş əsərlərlə birlikdə "tar”, "qopuz”, "qaval”, və "kuray” kimi Türk xalqlarının ənənəvi musiqi alətlərini də dinləmə fürsəti qazanacaqlar.
"Şərqin Musiqi Əfsanələri” adı ilə düzənlənəcək konsertlərdə TÜRKSOY-un dəvət etdiyi Faruk Sadıqob (Özbəkistan), Ağaverdi paşayev (Azərbaycan), Duysun Ukumbay (Qazaxıstan), Cihan Yurtçu (Türkiyə), Sayan İsin və Ayqerim Muhtardin (Qırğızıstan, Sahib Paşazadə (Azərbaycan), Ramil Qayzullin (Başqırdıstan) və Birdonakhon Matkarimova (Özbəkistan) kimi sənətçilər çıxış edəcəklər.
banner

Oxşar Xəbərlər