Turizmin inkişafında xarici sərmayənin rolu
Dövlət Turizm Agentliyi
Azərbaycanın turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair sənəd
üzərində işləyir. Bunu Trend-ə Dövlət Turizm Agentliyinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. "Sənəd özündə aqroturizmə
sərmayələrin cəlb edilməsi konsepsiyasını əks etdirir. Turizmin bu istiqaməti
perspektivli və gəlirli hesab edilir. Yaxın illərdə Azərbaycanda turizmin bu
növünü xarici turistləri cəlb etməklə populyarlaşdırmağı planlaşdırırıq.
Turistlər regionlarda kəndlərə səfər edərək, kənd həyat tərzi sürəcəklər, yerli
adətlərlə tanış olacaqlar və hətta, kənd işlərinə qatılacaqlar", deyə o
bildirib. Şöbə rəhbəri vurğulayıb ki, turizmin bu sahəsi Avropa ölkələri,
xüsusən də İtaliyada geniş tətbiq olunur.
Azərbaycan Turizm Assosiasiyasının
icraçı direktoru Əhməd Qurbanov bildirdi
ki, bu sahəyə investorların marağını artırmaq üçün motivasiya xarakterli işlər
görmək lazımdır: "Azərbaycanda turizmin inkişafı yüksələn xətlə davam edir. İqtisadiyyatın
bütün sahələrində olduğu kimi, turizm sahəsində də həm yerli, həm də xarici
investorların cəlb olunması başlıca amillərdəndir, lakin bunun üçün ilk növbədə
münbit şərait yaratmaq lazımdır. Azərbaycan hökuməti qeyri-neft sahəsində, o
cümlədən, turizm sahəsində sahibkarlığın inkişafına xüsusi önəm verir,
imtiyazlar tətbiq edir. Bütün bu tədbirlərin davamı olaraq, sahibkarları turizm
sahəsində fəaliyyəti genişləndirmək məqsədi ilə stimul vermək, motivasiya etmək lazımdır ki, investorlarda maddi maraq
yaransın.
"New ERA Travel” turizm agentliyinin rəhbəriElçin Rüstəmovqeyd etdi
ki, turizmə xarici investorların cəlb edilməsi
prioritet məsələlərdəndir: "Mən şəxsən turizmlə bağlı bir çox görüşlərdə xarici
sərmayə qoyuluşunu dəfələrlə vurğulamışam. Turizm sahəsini inkişaf etdirmək
üçün bunu vacib məsələlərdən biri hesab edirəm. Onu da qeyd edim ki, bu məsələ
ilə bağlı bəzi danışıqlar aparılır. İnvestisiya turizmin müxtəlif növlərinə
yatırıla bilər. Sadəcə, burada həm qarşı tərəfin, həm də bizim maraqlarımız üst-üstə
düşməlidir. Düşünürəm ki, ilk olaraq otellərin tikintisi işindən başlamaq olar.
Məsələn, dünyanın tanınmış hər hansı otellər şəbəkəsinin bir filialının
Azərbaycanda açılması həmin ölkənin turistlərini bura gəlmək üçün stimullaşdıra
bilər. Yəni o, başqa yerə səfər edərkən, ölkəsində gördüyü, xidmətinə bələd
olduğu oteldə qalmağı seçər. Onu deyim ki, sahəsindən asılı olmayaraq, xarici
investorların cəlb olunmasında həmin ölkədəki siyasi sabitlik də böyük rol
oynayır. Şükür ki, bizdə bu baxımdan bir problem yoxdur. Digər tərəfdən maliyyə
dövriyyəsində olan stabillik də əsas götürülür. Yəni dövlətin iqtisadi inkişafı
nə qədər dayanıqlı olsa, investorlar üçün bir o qədər cəlbedici olar”.
Günel Azadə
Maraqlıdır,
hazırda turizmin hansı növlərində xarici sərmayə qoyuluşuna ehtiyac var, xarici
investorların marağını cəlb etmək üçün hansı addımlar atıla bilər?
"SKAL İnternational Baku”
klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq
Assosiasiyası)sədri Ceyhun Aşurov deyir ki, xarici sərmayə istənilən sahədə
inkişafı sürətləndirən faktorlardan biridir: "Çünki xarici sərmayə özü ilə
birlikdə bir çox yeniliklər, təcrübə, biznesə fərqli yanaşma gətirir. Hazırda
inkişafı lazım bilinən və investisiya tələb olunan bəzi turizm sahələri var.
Azərbaycan turizm bazarı elə də böyük olmasa da, amma potensialı yüksək olan
bazardır. Coğrafi iqlim, müxtəlif şəraitlər ölkəmizə gələn turistlərin sayını
artırmağa imkan verir. Xarici investorların köməyi ilə müxtəlif obyektlərin
tikintisini həyata keçirmək olar. Hansı ki, bunlar da gələcəkdə turizmin
inkişafına birbaşa təkan verəcək. Tutaq ki, Azərbaycanda otellərin sayının artırılmasında
yerli sahibkarların köməyi bəs eləmir. Xarici investorları bura cəlb etməklə,
həm yeni otellərin açılışına, həm yeni markaların ölkəyə gəlməsinə, beynəlxalq
standartlara uyğun turizm müəssisələrinin yaradılmasına nail ola bilərik.
Həmçinin bu turizm obyektlərinin ətrafında turistlərin marağını cəlb edəcək
əyləncə və alış veriş mərkəzlərinin açılışı da xarici investorlarla
əlaqədardır. Bu, dolayısı ilə iqtisadiyyatın digər növlərinin də inkişafına
şərait yaradır. Digər tərəfdən obyektiv rəqabət mühiti formalaşır. Xarici
sərmayənin olması həmin obyektin xaricdə də tanınmasına, marketinq və PR
işlərinin aparılmasına səbəb olur. Bildiyimiz kimi, turizmin növləri
müxtəlifdir. Aqro, eko, çimərlik, ov, sağlamlıq, qış turizmi növləri var. Ola
bilər ki, səyahətə çıxan şəxs sırf bunlardan biri üçün səfərə çıxır. Amma qonaq
olduğu ölkədə turizmin digər növlərindən də istifadə edir. Məsələn, sağlamlıq
turizmi üçün gələn biri, ola bilər ki, boş vaxtlarında tarixi-mədəniyyət abidələrini ziyarət etsin, hansısa restorana gedib milli
mətbəxin dadına baxsın. Hətta, həftəsonu, vaxtı olduğu üçün Şahdağa gedib qış
turizmi ilə məşğul olsun. Bu da turizm növlərinin bir biri ilə sıx əlaqəli
olduğunun göstəricisidir. Bütün bu qeyd etdiyimiz məsələlər turizmlə bağlı
Strateji Yol Xəritəsində öz əksini tapıb. Personalın və turizm növlərinin
inkişafı xarici investorların cəlb edilməsində əhəmiyyətli rol oynayır”.
Təbii
ki, burada turizmin inkişafına yönəlmiş tədbirlər görülməlidir. Məsələn, turizm
ehtiyacları üçün torpaq sahələrinin güzəştli şərtlərlə təqdim olunması, xüsusi
vergi güzəştləri və s. Digər tərəfdən "Yaşıl kənd” turizminin inkişafı üçün
üsul və yollar təmin olunmalıdır. Bunun üçün məhz aqrar kənd turizmi üçün
infrastruktur yaradılmalıdır. Həmçinin aqrar turizmin inkişafı üçün peşəkar mütəxəssisləri
cəlb etmək lazımdır.
Bundan
başqa cənab prezident 2017-2020-ci illərdə çimərlik turizminin inkişafı üçün
verdiyi Sərəncam xarici investorları cəlb etmək üçün böyük potensiala malikdir.
Çimərlik turizminin inkişafı xarici sərmayənin ölkəyə cəlb olunmasına zəmin
yaradacaqd.1
və 2 ulduzlu otellərin və hostellərin inşasına stimul vermək lazımdır ki,
xarici investorlar da bu sahəyə sərmayə yatırsın. Sağlamlıq turizminin inkişafı
üçün yeni şəfa ocaqları tapılmalıdır. Eyni zamanda əl dəyməmiş sağlamlıq
ocaqları var ki, onların mineral sularından şəfa ocaqları kimi istifadə etmək
olar. Həmin şəfa ocaqlarına xarici investorlar sərmayə yatıra bilərlər”.
Günel Azadə