Turizmdə daha bir yenilik
"Turizm
haqqında” yeni hazırlanan qanun layihəsi Azərbaycanda turizm məhsulunun reklamı və satış qaydalarını
müəyyənləşdiririr. Layihəyə əsasən turoperator turizm məhsulunu özü reklam edə
və ya sata, yaxud onun reklamını və satışını turagentə həvalə edə bilər. Belə
ki, turizm məhsulunun və ya ayrı-ayrı xidmətlərin istehlakçıya satışı turizm
xidmətləri müqaviləsi vasitəsilə həyata keçirilir. Turoperatorlar və turagentlər
göstərdikləri xidmətlərin kataloqlarını elektron və kağız daşıyıcıda
hazırlamalıdırlar. Həmin kataloqda hər bir turizm məhsulu təsvir edilməli,
turizm məhsuluna daxil edilmiş xidmətlər üzrə məsuliyyət bölgüsü
göstərilməlidir. Bununla yanaşı, turizm məhsuluna daxil edilən xidmətin ayrıca
qiyməti, turizm məhsuluna endirimlər tətbiq edildikdən sonrakı ümumi qiyməti
qeyd edilməlidir. Əgər turizm məhsulu turistin icbari sığorta tətbiq edilən
ölkəyə səyahətini nəzərdə tutursa, sığorta şərtləri də buraya daxil
edilməlidir. Əlbəttə, layihə turoperatorların qarşısında iş effektivliyinin,
turizm xidmətlərinin satışının artırılması, müştəriyə yönəlmiş satiış və xidmət
texnologiyasının mənimsənilməsi, əlaqə qurmaq, ehtiyaclarının təyin olunması,
təqdimat və s kimi bacarıqların inkişafı vəzifələrini də qoyur.
Qeyd edək ki, bu vaxta qədər turizm məhsulunu
hazırlayan və onu bazarda topdan satan turizm şirkətləri – turoperatorlar öz
məhsullarını əsasən turizm agentlikləri vasitəsilə satdırırdılar. Turoperatorla
turist arasında vasitəçi rolunu oynayan fiziki şəxs – turizm agenti isə satışı
əsasən pərakəndə həyata keçirməklə məşğuldur.
Vəzifələr təxminən eyniləşəndən sonra ölkənin
turizm məkanında hansı proseslər baş verəcək? Yəni
turoperatorların öz məhsullarını reklam etdirməsi və birbaşa satışı turizm
bazarında hansı imkanlara yol açacaq?
Turoperator birbaşa fəaliyyət göstərsə belə...
AzərbaycanTurizmAssosiasiyasının (AzTA)
sədrinin müşaviri Müzəffər Kərimovin sözlərinə görə, turoperatorlar əvvəllər də öz məhsullarını
satır, reklam edir, həmçinin turagentliklərə də verirdilər. Təbii ki, turagentliklər
də məhsulu satanda öz faizlərini götürürdülər. Yəni turoperator topdansatış,
turagentlik isə pərakəndə satış həyata keçirir: "Bir turizm şirkəti həm
turagent, həm də turopator ola bilər. Ola bilər ki, hansısa turpoperator Çexiya
ilə muqavilə bağlayıb, onlar satışı birbaşa ona verirlər, həmin turoperator da
turagentliklərə paylayır. Ancaq turagentlik Truskaveslə bağlı paketləri digər
şirkətdən alır. O zaman o da turoperatora çevrilir. Yəni o, həm turagent, həm
də turoperator funksiyasını yerinə yetirə bilər. Mənə elə gəlir ki, turoperatorlarla
turagentliklər vəhdət şəklində işləyəcəklər və birlikdə də turizim məhsulunu
həm satacaq, həm də reklam edəcəklər». M.Kərimov balaca turizm şirkətlərinin də
turoperatora çevrilə biləcəyini istisna etmir: "Elə məhsul var ki, turagentlik
məhsulu turoperatordan topdan alır və bazarda satır. Təbii ki, faizini də
onlardan alır. Ancaq elə məhsul var ki, onu turoperatordan almaq mümkündür. O
zaman həmin müəssisə turagentə çevrilir. Müxtəlif turizm şirkətləri var ki,
onların birbaşa Çexiya, Minvod, Truskaves və s. ölkə və şəhərlərlə müqavilələri
var. Onlar da öz məhsullarını xırda turizm agentliklərinə bölüşdürürlər. Həmin
agentlik sabah bir sərgidə, məsələn, Moskvada, Sankt-Peterburqda müqavilə
bağlayır və özü turoperatora çevrilir və topadansatış məhsulunu digər turizm
şirkətlərinə paylayır. Burada ikitərəfli iş siyasəti yeridilir”. M.Kərimovun
fikrincə, turoperator birbaşa fəaliyyət göstərsə belə, onun məhsulları turizm
agentlikləri tərəfindən nə qədər çox satılarsa bu, hər iki tərəfə xeyirdir: "Ola
bilər ki, şirkət "Neftçilər” prospektində yerləşsin. Ancaq tur agentliklər
şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərə bilər. Bu, məhsulun daha çox
satışını təşkil edə, Bakı və Abşeron zonası, həmçinin respublikanın digər
rayonları üzrə də reklamını həyata keçirə bilər. Bu isə işin xeyrinədir”.
İnhisarçılıq yaranarsa...
Sual
doğuran bir məqam da var: turoperatorların öz məhsullarını reklam etdirməsi və
birbaşa satışını həyata keçirmələri əvvəllər işbirliyində olduğu, yəni öz
məhsullarının satışını həyata keçirdikləri turagentliklərin tədricən sıradan
çıxması ehtimalını yaratmayacaqmı?
Luna Travel
Turizm Şirkətinin direktoru və hüquqşünası Rəhman Quluyevbu amilin yarana biləcəyini istisna etmir: "Turoperatorlara birbaşa
səlahiyyətlərin verilməsi əslində yaxşı haldır. Bu, ölkəyə daha çox turist
axınının olmasını təmin edə bilər. Sadəcə, ortada sağlam iş olmalıdır. Əgər
ortada sağlam iş olmayacaqsa, gələn turist aldanılacaqsa, onlara şişirdilmiş
qiymət deyiləcəksə, bu, bizə lazım deyil”. Direktorun sözlərinə görə, xırda
turizm müəssisələri arasında böyük turoperatorlardan da sağlam iş həyata
keçirən turagentliklər var: "Tutaq ki, Azərbaycan vətəndaşı böyük bir
turoperatordan bilet alaraq xaricə uçur. Orada biletini dəyişmək, qaytarmaq və
ya hansısa bir əməliyyatı həyata keçirmək istədikdə onun əli turoperatora çatmır.
Müştərinin əli balaca şirkətə daha tez çatır və problemini həll edir. Bu
baxımdan satışın və ya xidmətin böyük və ya kiçik şirkət tərəfindən həyata
keçirilməsi deyil, əsas məsələ müştəriyə sağlam xidmət göstərilməsidir. Belədə
kiçik bir müəssisədə 2-3 nəfər çalışır. Əgər həmin müəssisə bağlanırsa, orada
çalışan adamlar işsiz qalır. Buna görə onların hamısına şərait yaratmaq
lazımdır”.
Direktor hesab edir ki, böyük turoperatorların kiçik turizm agentliklərini
sıradan çıxarıb-çıxarmamasını işin gedişatı göstərəcək: "Turoperatorlar öz
məhsullarını subagentliklərlə bərabər satacaqlarmı, yoxsa inhisarçılıq
yaradacaqlar? Əgər böyük bir şirkət əldə etdiyi məhsulu arxadakı turizm
subagentlikləri ilə paylaşacaqsa, bunu alqışlamaq olar. Yox, əgər özləri
birbaşa məhsullarını bazara çıxarıb və ya inhisarçılıq yaradacaqsa, bu, artıq
ölkə qanunlarına da ziddir. Çünki turoperator öz məhsulunu subagentliklərlə
paylaşmalıdır ki, kiçik agentliklər də bu məhsulun satışına dəstək olsunlar.
Həmçinin onlar həmin satışa görə vergi ödəsinlər. O cümlədən, orada çalışan
işçilər də əməkhaqqı alsınlar. Bu, bir növ işsizliyin də qarşısını almış olar.
Bunun üçün bazarda rəqabət də lazımdır”. R.Quliyev hesab edir ki, əgər bazara
əlavə turoperatorlar daxil olarsa, onlar arxalarındakı subagentliklərlə
işləməyə məcbur olacaqlar: "Yoxsa, bir böyük turoperator yaranır və hər şey də
onun əlində cəmləşirsə, təbii ki, onda kiçik turagentliklər də aradan çıxacaq,
açılan iş yerləri də bağlanacaq. Həmçinin qiymətlər də şişirdilmiş vəziyyətdə
olacaq».
R.Quluyevin fikrincə, turizm agentliklərinə verilən lisenziyaların
ləğv olunması da bu sferada problemlərin yaranmasına səbəb olur. Belə ki,
istənilən şəxs hər hansı bir yerdə turizm agentliyi aça bilir: "Əvvəllər
Mədəniyyət və Turizm Nazirliyi lisenziya verirdi. Ona qədər həmin müraciət edən
hüquqi şəxslə bağlı bütün məsələlər - müqavilələri, ofisləri, işçiləri və s.lə
bağlı məsələlər öyrənilirdi. Turizm aləmində isə dələduzluq etmək çox asandır.
İnsanlar dəfələrlə turizmdə bu cür hallarla üzləşiblər. Bu cür halların qarşısı
alınmaq üçün lisenziya bərpa olmalı, ya da ümumi sertifikatlaşdırma həyata
keçirilməlidir».
Bazarda mövcud
olan oyunçu
"Millenium”
Turizm Şirkətinin direktoru Ruslan Quliyev dünya təcrübəsindən
danışaraq istər Türkiyə, istər Rusiya, istərsə də Avropa ölkələrində turizm
məhsulunun realizə olunması istiqamətində bazarda turoperatorlarla bərabər
turagentliklərin də fəaliyyət
göstərdiyini bildirir: "Turoperatorlar bir növ məhsulun yaradıcısı, onu
hərəkətə gətirən qurumdur. Turoperatorun fəaliyyətə başlayan zaman ciddi
şəkildə maliyyə, sığorta və bank təminatları mövcud olmalıdır. Turagentliklər
isə heç bir məhsul yaratmır və pərakəndə şəkildə turoperatorun yaratdığı
məhsulu bazarda realizə edərək komisyon əsasında gəlirlərini əldə edirlər.
Turagentliklər birbaşa olaraq beynəlxalq turizm əməliyyatlarına cəlb
olunmurlar. Onlar yalnız turoperatorun yaratdığı məhsulu satırlar”. R.Quliyevin
sözlərinə görə, bazarda ixtisaslaşma getdikdən sonra turizmin müxtəlif sahələri
üzrə – işgüzar turizm, sağlamlıq turizmi, ekoloji turizm və s. üzrə operatorlar
mövcud ola bilər. Belə ki, bu heç də bu sahədə turoperatorların inhisarçılıq
yaratması anlamına gəlmir: "Turoperator dünya turizm məkanında rəqabətə davamlı
məhsullarını yaradaraq müxtəlif formada onun reklam və marketinq işlərini
həyata keçirərək bazarda mövcud olan bir oyunçudur”.
Turizm
həvəskarları isə dünya təcrübəsində get-gedə turoperatorların və
turagentliklərin xidmətindən imtinaya başlandığını qeyd edirlər. Yəni insanlar
istirahətləri, səfərləri ilə bağlı seçimlərini edərkən otellərlə birbaşa əlaqə
saxlayır, hava yolarının saytlarından uşuş biletlərini birbaşa özləri bron
edirlər. Artıqdünyadaeləbirvəziyyət yaranıbki,insanlarotellər, istirahət mərkəzləri ilə
özləribirbaşaəlaqə yaradırlar. Bu onlara sərfəli başa gəlməklə yanaşı, qiymət
şişirtmələrindən də azad edir. Ekspertlər hesab edir ki, bu amil yaxın
5-10 ilə, ümumiyyətlə, nə turagentə, nə dəturoperatoraheçbirehtiyacın qalmayacağından xəbər verir. Hələlik isə insanların
birbaşa əlaqələri turagentliklərin xidmətindən istifadə ilə paralel gedir. Hazırda
isə məkan bir qədər də genişlənir – turoperatorlar əvvəlkindən daha inadla
məhsulun satışına və reklamına qoşulacaqlar. Hər halda, insanların seçimi də bu
bazarın formalaşmasına kömək etməlidir. Bunun üçünsə, heç şübhəsiz, daxildə və xaricdə turisti cəlb etmək
lazımdır. Əlbəttə ki, öncə sərfəli qiymətlə...
Təranə
Məhərrəmova