• cümə, 29 Mart, 19:29
  • Baku Bakı 14°C

Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

13.06.18 11:50 1050
Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
Nazirlər Kabineti"Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır:

Təhsil müəssisələri:
Azərbaycan Turizm və Menecment Universiteti;
Bakı Turizm Peşə Məktəbi;
Mingəçevir Turizm Kolleci.

Dövlət qoruqları:

"Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
"Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
"Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
Azərbaycan Respublikasının "Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;
"Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
"Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri "Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);
"Kiş” Tarix-Memarlıq Qoruğu.

Turizm İnformasiya mərkəzləri:

Bakı Turizm İnformasiya Mərkəzi ("Baku City Tour” turist avtobusları daxil olmaqla);
Şamaxı Turizm İnformasiya Mərkəzi;
Xaçmaz Turizm İnformasiya Mərkəzi;
Quba Turizm İnformasiya Mərkəzi;
Lənkəran Turizm İnformasiya Mərkəzi;
Gəncə Turizm İnformasiya Mərkəzi;
Şəki Turizm İnformasiya Mərkəzi;
Zaqatala Turizm İnformasiya Mərkəzi;
Qəbələ Turizm İnformasiya Mərkəzi;
İsmayıllı Turizm İnformasiya Mərkəzi;
Bərdə Turizm İnformasiya Mərkəzi.

Təsərrüfathesablı qurumlar:

"Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;
"Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;
"Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.
Digər qurumlar:
Milli Kulinariya Mərkəzi.
banner

Oxşar Xəbərlər