• cümə, 29 Mart, 03:49
  • Baku Bakı 7°C

Turizm şirkətlərinə vaxt verildi

29.05.13 12:02 1717
Turizm şirkətlərinə vaxt verildi
Mədəniyyət və Turizm Nazirliyi bəzi turizm müəssisələrinə fəaliyyətlərindəki çatışmazlıqları aradan qaldırmaq üçün iyunun 15-dək vaxt verib. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə nazir Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, monitorinq zamanı turizm müəssisələrinə fəaliyyətlərində aşkarlanan nöqsanların aradan qaldırılması göstərişi verilib.
Onun sözlərinə görə, yay turizm mövsümünə hazırlıq məqsədilə monitorinq keçirilməmişdən öncə bütün turizm müəssisələrinə xüsusi sorğu göndərilib. Həmin sorğu əsasında turizm müəssisələri monitorinqə hazırlaşa bilərdilər.
Nazir qeyd edib ki, bu il ilk dəfə olaraq şirkətlər turizm xidmətlərini toplum şəklində təqdim etməyə başlayıblar. Məqsəd turizm müəssisələrində dincəlmək istəyən vətəndaşların istirahətlərini daha yaxşı təşkil etməkdir:
"Yəni onlar istirahətlərini yalnız hotellərdə qalmaqla yekunlaşdırmamalıdırlar. Onlar üçün ekskursiyalar, səyahətlər təşkil edilməlidir".
Turizm müəssisələrində qiymətlərə gəlincə, nazir bildirib ki, ötən il yay turizm qiymətləri 2011-ci illə müqayisədə 10-20 faiz enib. Hazırda əsas məqsəd qiymət artımının qarşısını almaqdır.
banner

Oxşar Xəbərlər