“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək”

“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək”

Təfsilat
24 May 2019, 15:45 167
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi "Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində Cəfər Cabbarlı adına kitabxanada "Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq” mövzusunda təlim keçirilib.
Müxtəlif ali məktəblərdə təhsil alan, o cümlədən, turizm sahəsində işləyən 20 gənc, qonaq qismində isə QHT, KİV və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Təlimçi qismində jurnalist, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlunun çıxış etdiyi təlimdə Ermənistanla informasiya savaşı, eləcə də digər ölkələrlə turizm sahəsində rəqabət kontekstində internetdə turizmin təbliği yolları, bu məqsədlə mənbələr və araşdırma yolları sözügedən kateqoriyaya aid gənclərə başa salınıb. Tədbirin sonunda təlimi uğurla bitirmiş iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, yuxarıda sözügedən təlimdən başqa, layihə çərçivəsində turizm sahəsində təhsil alan gənclər və gənc mütəxəssislərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq üçün Bakıda, Masallıda və İsmayıllıda "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda, Bakıda "Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması” mövzusunda təlimlərin keçirilməsi, Şuranın dəstəyilə yaradılmış "Yenimedia.info” saytının Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənməsi və təkmilləşdirilməsi, həmçinin "Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı” adlı kitabçanın çapı nəzərdə tutulur.