• çərşənbə, 24 Aprel, 21:38
  • Baku Bakı 23°C

Turistləri Mərkəzi Asiyaya cəlb etmək üçün “Silkviza” planı

07.06.18 21:06 700
Turistləri Mərkəzi Asiyaya cəlb etmək üçün “Silkviza” planı
Qazaxıstan Mərkəzi Asiya ölkələrinə əcnəbi turistlərin cəlb edilməsi üçün Şengenin Asiya variantı – Silkviza yaratmağı təklif edib. Bu ideyanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı, parlamentin beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Dariqa Nazarbayeva Özbəkistan Senatının beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr və turizm komitəsinin üzvləri ilə görüşdə səsləndirib. Nazarbayevanın sözlərinə görə, birgə viza bütün Mərkəzi Asiya regionunda turizmin inkişafı üçün zəruridir. " Tək Qazaxıstanın və Özbəkistanın turizmini inkişaf etdirmək deyil, həm də ölkəmizə yaxın xaric ölkələrindən gələn və Mərkəzi Asiyanın gəzməli yerlərini görmək istəyən turistlər üçün stimul yaratmaq gərəkdir. Bunun üçün isə birgə viza gərəkdir”, - deyən Dariqa, onu "Silkviza” adlandırmağı təklif edib. O, gömrük prosedurlarının unifikasiyasından istifadə edilməsini təklif edib: "Şəffaf, açıq və dost sərhəd yaratmaq gərəkdir – o zaman bütün sahələrdə münasibətlər qurulacaq”.
Risklərin qiymətləndirilməsi qrupunun direktoru Dosım Satpayev hesab edir ki, Nazarbayev ölkəsinə giriş modelini digər ölkələrə də keçirmək istəyir. "Qazaxıstana dünyanın bir çox ölkələrinin vətəndaşları vizasız gələ bilər - xüsusən də prioritet hesab edilən və investisiya yatıran dövlətlərin vətəndaşları”, - deyə "Vestnik Kafkaza”ya qazax ekspert bildirib. Onun qənaətincə, Mərkəzi Asiya üçün vahid viza məkanın yaradılması Özbəkistanda dəstək tapa bilər. "Əgər Qazaxıstan və Özbəkistan vahid viza məkanının analoqunu yaratmağa başlasalar, onda regionun digər ölkələri də bu prosesə qoşula biləcəklər. İkinci mərhələdə çox güman ki, buna Qırğızıstan da qoşulacaq. Sonra isə Tacikistan. O ki qaldı Türkmənistana – bu ölkə çətin ki, viza məhdudiyyətlərini aradan qaldırsın. Qapalılılıq bu ölkənin ənənəvi siyasətidir”, -deyə Satpayev bildirib. Politoloq hesab edir ki, istənilən halda vahid viza prosesinin yaradılması təşəbbüsünü iqtisadi əməkdaşlıq sahəsində regional kooperasiyanın yaradılması kimi nəzərdən keçirmək olar. Mərkəzi Asiya dövlətləri üçün regional korporasiyanın yaradılması məsələsi ilk dəfə martın 15-də Astanada - Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin görüşündə səslənib. Türkmənistanı samitdə Məclis sədri Akca Nurberdiyeva təmsil edib. Maraqlısı odur ki, o zaman Rusiya prezidenti Vladimir Putini sammitə dəvət etməmişdilər. Nazarbayev bildirmişdi ki, Mərkəzi Asiya problemlərini öz qüvvəsi ilə həll etmək istəyir. Moskvadakı analitiklər bu bəyanatda Kremlin müttəfiqlərini itirilməsi həyəcanının simptomlarını gördülər. Ümumiyyətlə, regionda vəziyyət Özbəkistanda hakimiyyət dəyişikliyindən sonra başlayıb. Yeni prezident Şavkat Mirzoyeyev öz fəaliyyətini regionda vəziyyətin sabitləşdirilməsi ilə başladı. Daşkənd və Düşənbə uzun illər Roqunsk SES-lə bağlı mübahisəyə son qoymuş oldular, ticarət müqaviləsi imzaladılar, 1992-ci ildə Tacikistanda vətəndaş müharibəsi üzündən kəsilən aviaməlumatları bərpa etdilər. Tərəflər avtomobil və dəmiryolu əlaqələrinin tam həcmdə bərpası və vizanın 30 gün müddətinə qüvvədə olması barədə 2001-ci ildən tətbiq edilən qadağanı da götürdülər. Ardınca Bişkek və Daşkənd qırğız-özbək sərhədinin demarkasiya və delimitasiyası ilə bağlı sazişə də imza atdılar. Özbəklər əlavə olaraq Qırğızıstana ticarət münasibətlərinin inkişaf etdirilməsi üçün 100 milyon dollar kredit də ayırdı. Ümumiyyətlə isə vahid viza ideyasında əsas yük Qazaxıstan və Özbəkistanın üzərinə düşəcək. Onların münasibətləri müttəfiqlik münasibətləridir. İki ölkənin iqtisadiyyatı bir çox sahələr üzrə bir-birini tamamlayır. Nəqliyyat sahəsində sıx münasibətlər qurulub. Sammit günü Nazarbayev Qazaxıstanda "Özbəkistan günləri”ni açdı və özbək prezidentinə "Dostluq” ordeni təqdim etdi. Ekspertlər hesab edir ki, vahid viza məkanı nəinki iki ölkənin, eləcə də regionun bütün ölkələrinin korporasiyasını yüngülləşdirəcək. "Xarici biznesin nümayəndələri bildirirlər ki, onlar üçün investisiyanı tək Qazaxıstana yatırmaq maraqlı deyil, çünki bazar çox kiçikdir. İnvestorlar üçün regionun vahid iqtisadi sahə kimi birləşməsi mənfəətli olardı. Bu həm də investisiya nöqteyi-nəzərindən maraqlıdır. Regionun konsolidasiya olunması ideyası birinci dəfə deyil ki, səslənir. Praqmatik nöqteyi-nəzərindən, bu ideyanı başa düşmək olar. Əgər bu mesaj Özbəkistan tərəfindən qəbul olunarsa və mexanizm praktikada tətbiq taparsa, onda Qazaxıstan və Tacikistan bunun üstünlüklərini görəcəklər”, - deyə Dosım Satpayev bildirib. Ekspert hesab edir ki, bu təşəbbüsü müstəqil şəkildə, üçüncü ölkələrin iştirakı olmadan reallaşdırmaq mümkündür. Yəni, bu layihədə "böyük qardaşlar”ın əlamətləri belə hiss olunmamalı, oyun qaydaları yeridilməməlidir. Ekspertin qənaətincə, Qazaxıstan viza təşəbbüsü ilə çıxış etməklə növbəti dəfə diqqəti özünə cəlb edə bilər. "Belə fikir yarana bilər ki, Astana vahid viza ideyasını qısqanclıqla da irəli sürə bilər. Məsələ ondadır ki, Özbəkistan investisiyaların yatırılması sahəsində Qazaxıstanı üstələməyə başlayır. İnvestorlar bizim ölkələri ayrılıqda deyil, vahid iqtisadi mexanizm kimi nəzərdən keçirsələr yaxşıdır”, - deyə qazax politoloq vurğulayıb.
Öz növbəsində MDB işgüzar mərkəzinin direktoru Anastasiya Pavlova isə hesab edir ki, Mərkəzi Asiyada Şengen vizasının prototipinin yaradılması ideyası yüz faizli pozitiv addımdır. MDB nöqteyi-nəzərindən bunu müsbət addım hesab edən ekspert, ideyanın reallaşması ilə Mərkəzi Asiya ölkələrinə turist axının güclənəcəyini ehtimal edir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər