AZE | RUS | ENG |

Turistlər otel seçərkən rəyləri öyrənirlər

Turistlər otel seçərkən rəyləri öyrənirlər
İnternetdə səyyahların rəyləri səfərə çıxmağa hazırlaşanlar üçün əsas informasiya mənbəyidir. "TripAdvisor” saytının analitikləri bu qənaətə gəliblər.
AZƏRTAC "www.turizm.ru”ya istinadla xəbər verir ki, səyyahlar arasında çox populyar olan bu internet-servisin apardığı qlobal tədqiqat zamanı 23 min istifadəçinin rəyi soruşulub. Məqsəd otellərdə nömrələrin bron edilməsində, restoranların və turizm tədbirlərinin seçilməsində onlayn-rəylərin nə kimi rol oynadığını aydınlaşdırmaq olub.
Əldə olunmuş nəticələrə görə, ixtisaslaşdırılmış saytlarda səyyahlar üçün əsas informasiya mənbəyi şərhlərdir. Turistlərin 72 faizindən çoxu qərar qəbul etməzdən əvvəl həmişə, yaxud tez-tez həmin rəyləri oxuyur. Söhbət yaşayış yerinin bron edilməsindən gedəndə bu rəqəm daha yüksək olur: hər 5 səyyahdan 4-ü, yəni 81 faizi otelə müraciət etməmişdən əvvəl həmişə və ya tez-tez rəylərlə tanış olur. Hər 10 istifadəçidən təqribən 8-i, yəni 79 faizi eyni şərtləri olan iki obyekt arasında seçim edərkən böyük ehtimalla reytinqi daha yüksək olan otelə üstünlük verir. Səyyahların yarısından bir qədər çoxu – 52 faizi rəyləri öyrənmədən oteldə nömrə sifariş etmir.
Tədqiqat saytın analitiklərinin bir sıra gözlənilməz nəticələrə gəlməsinə imkan verib. Hər 10 respondentdən təqribən 4-ü, yəni onların 39 faizi çox kəskin şərhlərə məhəl qoymayıb. Rəyi soruşulanların yarısından çoxu – 55 faizi insanların münasibəti haqqında maksimum tam təsəvvür əldə etmək üçün yalnız bir neçə rəylə tanış olub. İstifadəçilər qəti qərar qəbul etmək üçün, orta hesabla, 9 rəy oxuyub. Bu zaman rəyin yazılma tarixi böyük əhəmiyyət daşıyıb. Sorğu iştirakçılarının təqribən 80 faizi sonuncu şərhlərə daha böyük əhəmiyyət verib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946