• çərşənbə, 17 Aprel, 03:01
  • Baku Bakı 14°C

Turisti fontana atan azarkeş cəzalandırıldı

11.07.19 12:45 741
Turisti fontana atan azarkeş cəzalandırıldı
"Liverpul” ÇL-in final oyunundan əvvəl vandal hərəkətə yol verən fanatını cəzalandırıb.
Kaspi.az xəbər verir ki, Çempionlar Liqasının Madriddə keçirilən final oyunundan əvvəl "Liverpul”un 57 yaşlı fanatı Entoni Mallen çinli turisti fontana atmışdı. Onun bu hərəkəti rasizm kimi dəyərləndirilmiş və bütün dünyada təpki ilə qarşılanmışdı.
"Liverpul” rəhbərliyi həmin azarkeşlə bağlı cəza tədbiri görüb. Entoni 3 il müddətinə "Liverpul”un oyunlarına stadionda baxa bilməyəcək. Onun stadiona girişinə qadağa qoyulub. O, oyundan əvvəl və sonra stadionun ətrafında da görünə, səfər oyunlarına da gedə bilməz.
"Liverpul” ÇL-in finalında "Tottenhem”ə qalib gəlmişdi – 2:0.
banner

Oxşar Xəbərlər