AZE | RUS | ENG |

Tural Gəncəliyev: Erməni təbliğat maşını beynəlxalq ictimaiyyəti aldatmağa çalışır

Tural Gəncəliyev: Erməni təbliğat maşını beynəlxalq ictimaiyyəti aldatmağa çalışır
Bu gün erməni təbliğat maşını erməni icmasının mövcudluğdan danışaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib. O bildirib ki, hazırda icmanın nüfuzunun beynəlxalq aləmdə artırılması istiqamətində işlər davam etdirilir: "Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq fəaliyyətimizi iki əsas istiqamətdə qurmuşuq. Beynəlxalq aləmdə və ölkədə işimizi intensiv şəkildə artırmağa çalışırıq. Biz erməni yalanlarını ifşa edəcəyik. BMT, ATƏT Minsk qrupunun nümayəndələri ilə görüşlər keçirmişik. Münaqişənin sülh yolu ilə həllindən sonra öz doğma torpaqlarımıza geri qayıtmaq istəyirik. Zərərçəkən biz olmağımıza baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ermənilərlə birlikdə yaşamağa hazırıq. Qurumun nüfuzunun artırılması istiqamətində Qərb və Türkiyə media nümayəndələri ilə görüşlərimiz olub". T.Gəncəliyev bildirib ki, sosial şəbəkələrdə gənclər də bu işə aktiv cəlb olunmalıdır: "Bu proses erməni təbliğat maşınına qarşı mübarizədə öz töhfəsini verə bilər. İndi sosial şəbəkə istifaədçiləri tərəfindən çəkilən hər hansı video-çarx, audio-yazı daha effektiv olur. Gəncləri öz ideyalarını bizimlə bölüşməyə çağırıram".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775