• cümə, 29 Mart, 00:04
  • Baku Bakı 7°C

Tural Abbaslı azadlığa buraxıldı

21.05.14 10:13 1137
Tural Abbaslı azadlığa buraxıldı
Bu barədə məlumat verən vəkil Əsabəli Mustafayev bildirib ki, bu gün həbs müddəti başa çatan Hacı Zeynallı və Şəfi Şəfiyevin də azadlığa buraxılması gözlənilir.
Qeyd edək ki, mayın 6-da “Nida” Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz şüarları səsləndirən bir neçə nəfər məhkəmənin qərarı ilə həbs edilib.
Məhkəmənin qərarı ilə Hacı Zeynallı 15, Kəmalə Bənəniyarlı 30, Orxan Əyyubzadə 20, Şəfi Şəfiyev 15, Tural Abbaslı 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
Məhkəmə Kamran Zeynalovu 500, Nicat Məmmədbəylini 400, Orxan Rüstəmzadəni 400, Ərrəhman Məmmədlini 400, Şamil Beydullanı 500, Toğrul İbrahimi 600, Türkel Əlisoyu isə 400 manat məbləğində cərimələyib.
Hüseyn Novruzov, Orxan Nurullayev, Orxan Rza, Rəsul Mürsəlov və Tural İbrahim isə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
banner

Oxşar Xəbərlər