• çərşənbə axşamı, 23 aprel, 22:06
  • Baku Bakı 20°C

Tunisin “Qadınlar Davamlı İnkişaf Naminə” təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

30.03.17 15:45 809
Tunisin “Qadınlar Davamlı İnkişaf Naminə” təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Afrikanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platformasının, Tunisin "Qadınlar Davamlı İnkişaf Naminə” təşkilatının rəhbəriKamel Esseghairi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.
Sülh Platformasının mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bəyanatda deyilir:
"Mən Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə inanıram. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm.BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacib olduğunu, habeləATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm. Mən bu təşəbbüsün mövcudmünaqişəyə böyük töhfə verə biləcəyinə inanıram. Bu səbəbdən məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
banner

Oxşar Xəbərlər