• cümə axşamı, 28 mart, 15:54
  • Baku Bakı 16°C

Tunis prezidentinin ünvanına şübhəli maddə olan məktub göndərilib

28.01.21 09:30 409
Tunis prezidentinin ünvanına şübhəli maddə olan məktub göndərilib
Tunis prezidenti Kais Səidin iqamətgahı olan Karfagen sarayına şübhəli maddənin olduğu məktub gəlib.
APATASS-a istinadən xəbər verir ki, bu barədə "Businessnews” informasiya portalı prezident administrasiyasına istinadən məlumat yayıb.
Karfagen sarayından olan mənbə portala bildirib ki, "çərşənbə günü prezident iqamətgahına şübhəli maddə olan bir məktub daxil olub”.

Həmin maddənin təyinatı və toksiklik səviyyəsi yoxlanılması üçün laboratoriyaya göndərilib. Təhlükəsizlik xidməti hadisənin bütün təfərrüatları ilə bağlı araşdırmalara başlayıb.
Portalın yazdığına görə, prezident Səid şübhəli zərflə kontaktda olmayıb. Zərfi açan administrasiya rəsmisi də özünü yaxşı hiss edir.

banner

Oxşar Xəbərlər