AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tunis prezidenti fövqəladə vəziyyət rejimini altı ay uzadıb

Tunis prezidenti fövqəladə vəziyyət rejimini altı ay uzadıb

Təfsilat
30 May 2020, 10:00 203
Tunis prezidenti Kais Said ölkə daxilində fövqəladə vəziyyət rejimini altı ay uzatmaq haqqında fərman imzalayıb.
 
Trend-in məlumatına görə, bu barədə ölkə başçısının mətbuat xidməti bildirib.
Məlumatda deyilir: "Prezident Tunis Respublikasında fövqəladə vəziyyət rejimini 30 may 2020-ci ildən başlayaraq altı ay müddətinə uzatmaq qərarına gəlib".

Tunisdə fövqəladə vəziyyət rejimi 24 noyabr 2015-ci ildə, paytaxtın mərkəzində Daxili İşlər Nazirliyi və Turizm Nazirliyinin binaları yaxınlığında terror aktı törədildiyi zaman tətbiq edilib. Prezident mühafizəsi olan avtobusa intiharçı hücumu nəticəsində 13 nəfər ölüb, daha 20 nəfər yaralanıb.