• şənbə, 20 Aprel, 01:28
  • Baku Bakı 15°C

Tünd alkoqollu içkilərə dair dövlət standartı qüvvəyə minib

08.05.16 09:36 1377
Tünd alkoqollu içkilərə dair dövlət standartı qüvvəyə minib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının qəbul etdiyi AZS 852-2016 "Tünd alkoqollu içkilər. Texniki şərtlər” dövlət standartı qüvvəyə minib.

APA-nın məlumatına görə, bu standart rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad və ətir verilməsi üçün nəzərdə tutulmuş ərzaq təyinatlı xammalların və məhsulların, habelə inqrediyentlərin əlavə olunması yolu ilə alınmış tünd alkoqollu içkilərə şamil edilir.

Tünd alkoqollu içki - rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad və ətir verilməsi üçün nəzərdə tutulmuş meyvə, giləmeyvə və ətirli bitkilərin hissəciklərinin, şirələrinin, təbii bitki xammalından ekstraksiya yolu ilə alınmış aromatik spirtlərin, efir yağlarının, üzüm şərablarının, konyakın və konyak distillyatının, şəkərin, limon turşusunun, istifadəsinə texniki normativ hüquqi akt üzrə icazə verilmiş digər ərzaq təyinatlı məhsullar və xammalların əlavə olunması yolu ilə alınmış alkoqollu içkidir. Xarici görünüşünə görə tünd alkoqollu içkilər şəffaf (reseptura ilə nəzərdə tutulmuş qeyri-şəffaf içkilər istisna olmaqla) və çöküntüsüz olmalıdır. Butulkalara və digər istehlak qablarına doldurulmuş tünd alkoqollu içkilərdə istifadəsi reseptura ilə nəzərdə tutulmuş bitki, meyvə, giləmeyvə hissəciklərinin və digər əlavələrin olmasına yol verilir. Tünd alkoqollu içkilərin tündlüyü 40-45 faiz, ümumi ekstraktın kütlə qatılığı 0-8 q/100 sm3, turşuların kütlə qatılığı (limon turşusu hesabı ilə) 0 - 0,5 q/100 sm3, şəkərin kütlə qatılığı 0-7 q/100 sm3, metil spirtinin həcm payı (susuz spirt hesabı ilə) isə 0,03 faizdən çox olmamalıdır. Tünd alkoqollu içkilərin tərkibində toksiki elementlərin və radionuklidlərin kütlə qatılığı müvafiq texniki normativ hüquqi aktlar üzrə yol verilən hədlərdən çox olmamalıdır. Tərkibində dubil və rəngləyici maddələri olan inqrediyentlərsiz tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 12 aydır. Tərkibində konyak, protein, ətirlənmiş gavalı şirəsi, suxari, qara istiot, qırmızı istiot, dubil və rəngləyici maddələrin miqdarı çox olan inqrediyentli tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 4 aydır.
banner

Oxşar Xəbərlər