• cümə axşamı, 18 aprel, 23:28
  • Baku Bakı 21°C

Tümen vilayətinin biznes missiyası “Azərsun” Holdinqdə olublar

20.08.19 17:07 8719
Tümen vilayətinin biznes missiyası “Azərsun” Holdinqdə olublar
Tümen vilayətinin İxraca Dəstək Mərkəzinin sədri Sergey Poluxinin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərsun” Holdinqdə olub. Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə "Azərsun Holdinq rəhbərliyi arasında iki tərəfli görüş keçirilib. Azərbaycanın ixrac potensialının artmasında, yerli məhsulların dünya bazarlarına çıxarılaraq istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanmasında müstəsna rol oynayan Azərsun Holdinq barədə məlumat verildikdən sonra, qonaqlara şirkətlər qrupunun tanıtım videoçarxı nümayiş etdirilib. Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinə rəhbərlik edən Sergey Poluxin bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atan Azərsun Holdinqə səfərində məqsəd şirkətlər qrupunun fəaliyyəti ilə yaxından tanış olmaq, gələcək ikitərəfli əməkdaşlığın müzakirəsi və işbirliyinin qurulmasıdır. Tümen vilayətində "Jizn” şirkətinin təsisçisi, idarə heyətinin sədri Oleq Dedkov öz çıxışında görüşdə iştirak edən Azərsun Holdinq rəhbərliyini salamlayaraq, belə böyük şirkətlər qrupu ilə gələcəkdə əməkdaşlıq etmək istədiklərini və bundan məmnunluq duyacaqlarını söyləyib. Görüşün sonunda qonaqlara Azərsun Holdinqin məhsullarında ibarət hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, Tümen vilayətinin Azərbaycanda səfərdə olan biznes missiyasının iştirakçıları "Tümen Cihaz” , "Tümen maşınqayırma zavodu”, "Jizn” , "SİBNA” qurumlarının rəhbərləri, Azərsun Holdinq tərəfindən isə "Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın baş direktoru Məhəmməd Gozal, "Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın direktor müavini Akif Əsgərov, "Azərbaycan Şəkər istehsalat Birliyi”nin (AŞİB) direktoru Mehran Məmmədov, "Azərsun” Holdinqin baş direktor müavini Nazim Quliyev və İctimaiyyətlə Əlaqələr direktoru Kazım Babayev iştirak ediblər.



banner

Oxşar Xəbərlər