• şənbə, 27 Aprel, 00:45
  • Baku Bakı 14°C

“Tullantıların düzgün idarə olunması sahəsində maarifləndirmə” layihəsi həyata keçirilir

17.11.16 15:14 1111
“Tullantıların düzgün idarə olunması sahəsində maarifləndirmə” layihəsi həyata keçirilir
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsinin fərdi layihə qalibi Pərvin Həşimova Mirdamət qızı tərəfindən "Tullantıların düzgün idarə olunması sahəsində maarifləndirmə” adlı layihəsi həyata keçirilir. Qeyd edək ki, layihənin əsas məqsədi Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən orta məktəb şagirdləri və kollec tələbələrinə tullantıların düzgün idarə olunması və alternativ xammal mənbəyi kimi istifadə imkanları barəsində maarifləndirməkdir.
Tədbirin ilk günündə Sumqayıt şəhərində yerləşən orta məktəb və kollec tələblərindən təşkil olunmuş qrupun "Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına ekskursiyası təşkil olunub. Burada onlar "Təmiz Şəhər” ASC-nin yaranma tarixi, görülmüş işlər və perspektiv planlar, gənclər təşkilatları ilə əməkdaşlıq barədə ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, məlumat turu iştirakçılarına "Təmiz Şəhər” ASC - nin həyata keçirdiyi layihələr, Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarında iş prosesinin gedişatı, monitorinqlərin aparılması, tullantıların çeşidlənməsi və ya yandırılması prosesi barədə məlumat verilib və iştirakçıları maraqlandıran suallar səlahiyyətli nümayəndələr tərəfindən cavablandırılıb.
Daha sonra tədbir Sumqayıt şəhərində yerləşən 16 saylı orta məktəbdə davam etdirildi. Layihə rəhbəri Pərvin Həşimova şagirdlərə layihə haqqında ümumi məlumat verdi, daha sonra layihənin təlimçisi fəlsəfə doktoru Əli İbrahimov tullantıların düzgün idarə olunmasının ətraf mühitə təsiri və iqtisadiyyatda rolu barədə tədqdimatla çıxış etdi. Tədbirdə tullantıların düzgün idarə olunması haqqında hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına paylandı. Layihənin təsdiq olunmuş icra planına uyğun olaraq analoji tədbirlərin Abşeron rayonu orta məktəblərində də keçirilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər