• cümə, 29 Mart, 15:56
  • Baku Bakı 14°C

Tükiyəli alim farmakologiya kafedrasında mühazirə oxudu

09.04.15 12:27 2827
Tükiyəli alim farmakologiya kafedrasında mühazirə oxudu
Gündən –günə inkişaf edən müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca respublikamızın ali təhsil ocaqlarının da xarici ölkə universitetləri ilə əlaqələri genişlənir. Belə ki, xarici ölkələrin mütəxəssisləri bizim universitetlərlə əməkdaşlıq etməyə maraq göstərirlər.
Aprelin 8- də Türkiyə Cümhuriyyətinin Ordu Universitetinin tibb fakültəsinin tibbi farmakoloji kafedrasının professoru Dr. Celalettin Semih Kunak ATU-nun farmakologiya kafedrasında müəllim və tələbələr qarşısında mühazirə oxudu.
Toplantını giriş nitqi ilə açan farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev bildirdi ki, artıq universitetimiz dünyanın bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir, tanınmş alimlər universitetimzə gəlir, müxtəlif mövzularda mühazirələr oxuyurlar. Bu ölkələr arasında Türkiyə universitetləri ən önəmli yer tutur. Ulu öndər Heydər Əliyevin “ Bir millət- iki dövlət” anlamını xatırladan M. Qəniyev türkiyəli alimə məlumat verdi ki, “ Mövlanə dəyişim” proqramı əsasında ölkələrimiz arasında sürətli yaxınlaşma prosesi baş verib. Bütün sahələrdə olduğu kimi elm, təhsil sahəsində də səmərəli əməkdaşlıq edilmişdir. O, qeyd etmişdir ki, son illər ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovun gərgin zəhməti və şəxsi nüfuzu sayəsində univrsitetimizin maddi- bazası gücləndirilib, beynəlxalq əlaqələri genişlənərək hazırkı yüksək səviyyəyə çatdırılıb.
Hörmətli qonağı toplantı iştirakçılarına təqdim edən M. Qəniyev dedi ki, əslən Kırım türkü olan Celalettin Semih Kunakın ölkəmizə ilk səfəridir. Tibbin bu sahəsi üzrə kifayət qədər tanınıb.
Sonra professor Celalettin Semih Kunak “Dərmanların təkmilləşdirilməsi”, “Dərmanların orqanizmdə innoaktivləşmə prosesinə məruz qalması” mövzularında çıxış etmişdir. Farmakologiya elminin müasir perspektvlərinə dair slaydlar və video görüntülər vasitəsilə müşayiət olunan mühazirəsi mütəxəssislər və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Mühazirələrini üç gün davam etdirən professor Celalettin Semih Kunak dinləyicilərin çoxsaylı suallarını da cavablandırıb.

banner

Oxşar Xəbərlər