• cümə, 26 Aprel, 01:20
  • Baku Bakı 16°C

ÜTT-yə üzvlüklə bağlı növbəti danışıqların vaxtı açıqlandı

14.12.18 10:22 360
ÜTT-yə üzvlüklə bağlı növbəti danışıqların vaxtı açıqlandı
Gələn həftə Cenevrədə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqlar aparılacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.
Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə iş gedir, danışıqlar davam etdirilir:"Gələn həftə İsveçrənin Cenevrə şəhərində növbəti danışıqlar keçiriləcək. Həmçinin təşkilatın özündə islahatlar aparılacaq".
banner

Oxşar Xəbərlər