• cümə axşamı, 18 aprel, 07:06
  • Baku Bakı 12°C

TSP sədri: Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb

17.10.17 13:00 1922
TSP sədri: Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb
Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Belarusun Ticarət-Sənaye Palatası (TSP) əməkdaşlıq haqqında memorandum imzalayıb.
Trend-in məlumatına görə, imzalanma mərasimi Azərbaycan-Belarus biznes forumu çərçivəsində baş tutub.
Memorandumu Konfederasiyanın rəhbəri Məmməd Musayev və Palatanın sədri Vladimir Ulaxoviç imzalayıb.
M.Musayev çıxışı zamanı qeyd edib ki, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi son illərdə artaraq 100 milyon dollara çatıb.
Öz növbəsində V.Ulaxoviç vurğulayıb ki, son 10 ildə Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb: "Belarusda Azərbaycan kapitalı ilə 58 şirkət fəaliyyət göstərir, eyni zamanda, Azərbaycanda 70 Belarus şirkəti işləyir”.
banner

Oxşar Xəbərlər