• cümə, 29 Mart, 17:06
  • Baku Bakı 14°C

TRT-nin baş direktoru Bakıya səfər edəcək

08.12.14 15:10 889
TRT-nin  baş direktoru Bakıya səfər edəcək
Türkiyə Radio və Televiziya qurumunun baş direktoru Şenol Göka Bakıya səfər edəcək. Türkiyə - Azərbaycan Media əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsində reallaşacaq görüşlərin Bakıda media idarəçiləri , akademiya , araşdırma və qurumlarda keçirilməsi nəzərdə tutulur. TRT Bakı Təmsilcisi Yıldıray Arslanın “Kaspi”yə verdiyi məlumata əsasən Şenol Göka Beynelxalq Mətbuat Mərkəzində təşkil ediləcək ’’Media qanunu, etika və hədəflər’’ mövzulu toplantıda iştirak edəcək. TRT Baş direktorunun Prezident Administrasiyası İctimai Siyasi Əlaqələr şöbəsinin müdiri, professor Əli Həsənovla görüşü planlaşdırılır.
Baş direktorun səfəri çərçivəsində AZ TV, İTV və özəl televiziya rəhbərləri ilə yanaşı Azərbaycan Mətbuat Şurasının sədri ilə də görüşü keçiriləcək.
Məlumata əsasən ziyarət çərçivəsində iki ölkə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq və bu iş birliyinin genişləndirilməsi mövzuları müzakirə olunacaq.
Baş direktorun 11 dekabrda başlayan ziyarəti 13 dekabr tarixinə qədər davam edəcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər