• cümə, 19 Aprel, 21:55
  • Baku Bakı 24°C

TÜRKSOY-un xalq alətləri orkestrinin növbəti konserti Kişeneu şəhərində reallaşıb

30.03.17 10:20 856
TÜRKSOY-un xalq alətləri orkestrinin növbəti konserti Kişeneu şəhərində reallaşıb
Kişeneu şəhərində TÜRKSOY-un xalq alətləri orkestrinin konserti keçirilib. Konsert Türkiyə və Azərbaycanın Moldovadakı səfirliklərinin və S.Lunkeviç adına Moldova Milli Filarmoniyasının dəstəyi ilə təşkil edilib.
AZƏRTACxəbər verir ki, konsert "Novruz-2017” silsilə tədbirlər çərçivəsində reallaşıb. Moldovada orkestrin 2 konserti nəzərdə tutulub - paytaxt Kişeneu və Moldovanın Qaqauziya Muxtar Vilayətinin mərkəzi Komrat şəhərlərində.
Tədbirdə TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı qonaqları salamlayaraq belə konsertin əhəmiyyətindən söz açıb.
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkədə akkreditə olan bütün türkdilli dövlətlərin səfirləri adından konsertin təşkilatçılarına təşəkkür edərək deyib: Türk dünyası öz mədəni və tarixi irsi ilə bütün dünyada tanınır. Bizim ümumi zəngin mədəniyyətimiz türk dünyasını birləşdirən amillərdən biridir. Ən əsası odur ki, bu gün bizim bu mədəniyyətimizi bütün dünyaya nümayiş etmək üçün imkanlarımız var”.
Türkiyənin Moldovadakı səfirinin həyat yoldaşı Günay Kılınc orkestrin parlaq çıxışlarını vurğulayaraq konsertlərin coğrafiyasının getdikcə genişlənəcəyinə inamını ifadə edib.
Konsert türk xalqlarının qədim musiqi mədəniyyətini əks etdirən çıxışlarla yadda qalıb.
Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
banner

Oxşar Xəbərlər