• cümə axşamı, 25 aprel, 11:05
  • Baku Bakı 14°C

TÜRKSOY “İmadəddin Nəsimi ili - 2019”un açılışını keçirəcək

01.03.19 11:08 831
TÜRKSOY “İmadəddin Nəsimi ili - 2019”un açılışını keçirəcək
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) "İmadəddin Nəsimi ili - 2019”un keçirəcək. Böyük şairin 650 illik yubileyi münasibətilə keçiriləcək tədbir Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə baş tutacaq. Martın 6-da təşkilatın Ankaradakı ofisində baş tutacaq tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Nizami Cəfərov, professor Kərim Tahirov və b. alimlər Nəsiminin Azərbaycan ədəbiyyatındakı mövqeyi və yaradıcılığı haqqında məruzələrlə çıxış edəcəklər. Tədbirin bədii hissəsində Azərbaycan Muğam qrupunun ifası nəzərdə tutulur.Azərbaycan Milli Kitabxanası Nəsiminin əsərlərindən ibarət kitab sərgisini de orada nümayiş etdirəcək.
Nəsimi İlinin açılışına həsr olunan növbəti tədbir İstanbulda keçiriləcək.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyənin Kastamonu şəhərində keçirilən TÜRKSOY-un 25 illik yubileyi mərasimi və "Türkdilli ölkələrin mədəniyyət nazirlərinin toplantısı”nda 2019-cu ildə böyük şairimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində "Nəsimi ili”nin keçirilməsi təklifi qəbul olunub. TÜRKSOY bu məqsədlə il boyu Azərbaycan şairinin həyat və yaradıcılığının tanıdılması və təbliği məqsədilə təşkil olunacaq tədbirlərə geniş yer ayıracaq.
Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili” elan etməsi isə TÜRKSOY-un fəaliyyət proqramına ayrı bir stimul olacaq.
banner

Oxşar Xəbərlər