• şənbə, 20 Aprel, 02:17
  • Baku Bakı 15°C

TÜRKSOY yeni kitabların təqdimatını keçirəcək

07.11.18 14:22 613
TÜRKSOY yeni kitabların təqdimatını keçirəcək
8 noyabrda Ankarada TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirlər və təşkilatın elan etdiyi "Qara Qarayev ili” çərçivəsində tədbirlər davam edir. Tədbirlər çərçivəsində «Azərbaycan Xalq Cümhuriyyəti -100. Biblioqrafiya» və «Qara Qarayev. Biblioqrafiya» kitablarının tanıtımı həyata keçiriləcək. Proqrama həmçinin «Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilinə ithaf edilən əsərlərdən ibarət kitab sərgisinin açılışı daxildir. TÜRKSOY-dan "Kaspi”yə daxil olan məlumata görə, tədbirdə məruzələr dinləniləcək və bədii hissə nəzərdə tutulub. TÜRKSOY-un baş iqamətgahında təşkil olunacaq tədbirə həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Ankaradakı səfirliyi, Azərbaycan Milli Kİtabxanası dəstək göstərir. Ankara və İstanbula ezam olunan nümayəndə heyətinə Milli Kitabxananın direktoru, professor Kərim Tahirovun rəhbərliyi ilə BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Milli Kitabxananın xarici ədəbiyyat şöbəsinin böyük kitabxanaçısı Xanpəri Cəfərova da qatılacaqlar. Tədbir İstanbulda baş tutacaq Beynəlxalq Kitab sərgisində yer alacaq Azərbaycan stendində davam etdiriləcək. Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak edəcək.
banner

Oxşar Xəbərlər