TÜRKSAV 2017-ci ilin laureatlarını açıqlayıb
Türk Dünyası
Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) 2017-cı il üçün türk dünyasına xidmət
mükafatlarının sahiblərini müəyyən edib.
AZƏRTAC xəbər verir ki, TÜRSAV-ın sədri Yehya
Akengin Ankarada keçirdiyi mətbuat konfransında laureatların adlarını
açıqlayıb. Bildirilib ki, Azərbaycandan yazıçı-publisist Sona Vəliyeva, Türkiyədən
Türk Tarix Qurumunun sədri Refik Turan və tarixi tədqiqatçı Ahmet Taşağıl,
Qazaxıstandan şair Rafael Niyyazbek, Almaniyadan ictimai fəal Musa Serdar
Çelebi, Holandiyadan QHT təmsilçisi Mahmet Tütünçü və başqalarının türk dünyası
qarşısında böyük yaradıcılıq işləri və digər xidmətləri münsiflər heyəti tərəfindən
yüksək dəyərləndirilib. Bundan başqa, TRT musiqi kanalı və "Ayla” bədii filmi də
mükafata layiq görülüblər.
Mükafatlar laureatlara bu ilin mayında TÜRSAV ilə
Tokat Şairlər və Yazıçılar Dərnəyinin birgə təşkilatçılığı, Tokat vilayətinin
Niksar rayon kaymakamlığı və bələdiyyəsinin ev sahibliyi ilə keçiriləcək mərasimdə
təqdim olunacaq.