TÜRKPA üzvündən Azərbaycana dəstək

"Erməni silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonuna həyata keçirdiyi hücumu şiddətlə qınayıram, həyatını itirən azərbaycanlı şəhidlərimiz üçün dost və qardaş Azərbaycan xalqına və dövlətinə başsağlığı, yaralılara şəfa diləyirəm”. Bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, İstanbuldan millət vəkili İsmet Uçma bildirib.
TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri cənab İsmet Uçma qeyd edib ki, Ermənistanın bu hücumunun Azərbaycan tərəfindən dəf edilməsi təcavüzün qarşılıqsız qalmayacağını və belə cəhdlərin nəticəsiz qalmağa məhkum olduğunu göstərir:
"Erməni tərəfini belə təhlükəli taktikalardan imtina etməyə və beynəlxalq hüquqa riayət etməyə dəvət edirəm. Türkiyə Respublikası dövləti və xalqı olaraq ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyimizin bilinməsini istəyirəm”.