• cümə axşamı, 28 mart, 23:20
  • Baku Bakı 13°C

TÜRK PA missiyası: Azərbaycanda referendumda səsvermə mütəşəkkil və sakit keçir

26.09.16 12:16 970
TÜRK PA missiyası: Azərbaycanda referendumda səsvermə mütəşəkkil və sakit keçir
Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səsvermə mütəşəkkil və sakit keçir.
Bu barədə Trend-ə Türkdilli ölkələrin Parlamentlər Assambleyasının (TÜRK PA) Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı Nurlan Dulatbekov deyib.
Onun sözlərinə görə, TÜRK PA missiyası artıq 3 seçki məntəqəsində olub: "Şəhər ətrafındakı seçki məntəqələrinə baş çəkmək də planlaşdırılır. Hər şey dəqiq təşkil edilib".
TÜRK PA missiyasına Qazaxıstan, Qırğızıstan və Türkiyədən parlamentarilər daxildir.
Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.
Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.
banner

Oxşar Xəbərlər