• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

Tripolidə nümayişçilərlə polis arasındakı qarşıdurmada xəsarət alanların sayı 226-ya çatıb

28.01.21 09:45 397
Tripolidə nümayişçilərlə polis arasındakı qarşıdurmada xəsarət alanların sayı 226-ya çatıb
Livanın şimal paytaxtı hesab olunan Tripolidə (Beyrutdan 90 km uzaqlıqda) nümayişçilərlə polis qüvvələri arasında baş vermiş küçə toqquşmaları şiddətli vəziyyət alıb. Qarşıdurmalar zamanı xəsarət alanların sayı 226 nəfərə çatıb.
APAxəbər verir ki, bu barədə "Al-Wataniya” agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, xəsarət alanların əksəriyyətinə yerində tibbi yardım göstərilib, 35-i xəstəxanaya yerləşdirilib.

Livan ordusu hazırda Tripolinin mərkəzindəki əsas bölgələri nəzarətə götürüb. Küçələrdə zirehli texnikalarla patrul xidməti həyata keçirilir.
banner

Oxşar Xəbərlər