AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Trend” və “Modern.az”ın yaranma günüdür

“Trend” və “Modern.az”ın yaranma günüdür

Cəmiyyət
01 Sentyabr 2018, 18:40 345
Trend informasiya agentliyinin və Modern.az xəbər portalının yaranma günüdür.
 
"Report”un xəbərinə görə, "Trend”in yaranmasından 23, "Modern.az”ın yaranmasından isə 9 il ötür.
 
"Trend” informasiya agentliyi 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. "Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars, ərəb və türk dillərində xəbər xidmətləri fəaliyyət göstərir. 
 
Modern.az xəbər portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.
Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
 
Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.
Modern.az bir media quruluşu olaraq ötən 9 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.
 
Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.
Modern.az həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub. Peşəkar jurnalistikaya Modern.az-dan başlayan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə uğurla fəaliyyət göstərirlər.