Trampla Kim görüşdü, Rodman ağladı
Əfsanəvi
amerikalı boksçu Denis Rodman ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri
Kim Çen Inla görüşünü özünün şəxsi qələbəsi kimi xarakterizə edib.
Kaspi.az xəbər
verir ki, Kim Çen Inın dostu olan Rodman görüşün keçirildiyi Sinqapura da
gedib. Onun əynində "sülh Sinqapurdan başlayır” yazılmış köynək də olub. Hadisəni
CNN-ə şərh edən 57 yaşlı sabiq basketbolçu özünü ağlamaqdan da saxlaya bilməyib:
"Bu, çox gözəldir.
Mən Şimali Koreyaya inanırdım. Ora səfər edəndən sonra saysız-hesabsız təhdidlər
aldım. Məni ölümlə hədələyirdilər. Evə qayıda bilmirdim. 30 gün gözləməli
oldum.
Ancaq mən başımı
dik tutub gəzdim. Bilirdim ki, həqiqət nə vaxtsa yerini tapacaq. Heç kim mənə
qulaq asmaq istəmirdi. Mən bu zərbəyə dözdüm. Bu gün hamı üçün böyük gündür. Mən
xoşbəxtəm”.
Rodman bir neçə
dəfə Şimali Koreyaya səfər edib. Onun bu addımı ölkəsində kəskin tənqidlə
qarşılanıb.