• cümə, 19 Aprel, 12:06
  • Baku Bakı 25°C

Trampla Kim görüşdü, Rodman ağladı

13.06.18 11:20 632
Trampla Kim görüşdü, Rodman ağladı
Əfsanəvi amerikalı boksçu Denis Rodman ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşünü özünün şəxsi qələbəsi kimi xarakterizə edib.
Kaspi.az xəbər verir ki, Kim Çen Inın dostu olan Rodman görüşün keçirildiyi Sinqapura da gedib. Onun əynində "sülh Sinqapurdan başlayır” yazılmış köynək də olub. Hadisəni CNN-ə şərh edən 57 yaşlı sabiq basketbolçu özünü ağlamaqdan da saxlaya bilməyib:
"Bu, çox gözəldir. Mən Şimali Koreyaya inanırdım. Ora səfər edəndən sonra saysız-hesabsız təhdidlər aldım. Məni ölümlə hədələyirdilər. Evə qayıda bilmirdim. 30 gün gözləməli oldum.
Ancaq mən başımı dik tutub gəzdim. Bilirdim ki, həqiqət nə vaxtsa yerini tapacaq. Heç kim mənə qulaq asmaq istəmirdi. Mən bu zərbəyə dözdüm. Bu gün hamı üçün böyük gündür. Mən xoşbəxtəm”.
Rodman bir neçə dəfə Şimali Koreyaya səfər edib. Onun bu addımı ölkəsində kəskin tənqidlə qarşılanıb.
banner

Oxşar Xəbərlər