• cümə, 29 Mart, 08:59
  • Baku Bakı 5°C

Trampı Belçikada qarşılayan olmadı

11.07.18 13:25 444
Trampı Belçikada qarşılayan olmadı
ABŞ prezidenti Donlad Tramp NATO-nun sammitində iştirak etmək üçün Belçikaya gəlib.
Kaspi.az xəbər verir ki, Trampı Brüsselin hərbi aeroportunda yükəsk çinli dövlət rəhbərlərindən heç kim qarşılamayıb. Onu yalnız Xarici İşlər Nazirliyinin protokol xidmətinin rəhbəri Fransuaza Qyusten qarşılayıb.
Həmin vaxt Belçikanın kralı Filipp, kraliça Matilda, xarici işlər naziri Didye Reynders DÇ-2018-in yarımfinalında keçirilən Belçika-Fransa oyununa baxmaq üçün Sankt-Peterburqda olublar.
Baş nazir Şarl Mişel isə həmin vaxt qarşılaşmanı Bren-le-Kont şəhərindəki fan-zonadan izləyib. Belçika Fransaya 0:1 hesabı ilə məğlub olub.
NATO-nun sammiti iyulun 11-12-də Brüsseldə keçiriləcək
banner

Oxşar Xəbərlər