AZE | RUS | ENG |


Tramp və Çzinpin Şimali Koreya məsələsini müzakirə ediblər

Tramp və Çzinpin Şimali Koreya məsələsini müzakirə ediblər
ABŞ prezidenti Donald Tramp və Çin rəhbəri Si Çzinpin arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bu barədə "Amerikanın səsi" xəbər verib.

Xəbərdə bildirilir ki, dövlət başçıları telefon söhbətinin gedişatında yenidən Koreya yarımadasının nüvə silahından azad zona elan edilməsi ilə bağlı ümumi mövqelərini bildiriblər.

Ölkə liderləri qeyd ediblər ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya dair yeni qətnaməsinin regionda sabitliyin və sülhə nail olmaq yolunda vacib və zəruri addım olması fikri ilə yekdildirlər.

Həmçinin xəbər verilir ki, liderlər Koreya yarımadasının denuklearizasiyasına (nüvə silahından azad zona – "Report") sadiq olduqlarını təsdiqləyiblər. ABŞ və Çin rəhbərləri qeyd ediblər ki, Şimali Koreya təxribatçı və təzyiqi artıran hərəkətlərini dayandırmalıdır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008