Tramp və Stoltenberq Donbasdakı vəziyyəti müzakirə ediblər
ABŞ prezidenti Donald Tramp vəNATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Məlumata əsasən, söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti müzakirə ediblər. "Prezident Tramp vəNATObaş katibi münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər”, məlumatda qeyd olunur.
Qeyd edək ki, ötən gün ABŞ və Ukrayna prezidentləri Donald Tramp və PetroPoroşenko telefon söhbəti zamanı Ukraynanın cənub-şərqindəkivəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin yaxın zamanda görüşməyin mümkünlüyünü müzakirə ediblər.