• cümə, 19 Aprel, 12:46
  • Baku Bakı 25°C

Tramp və Putin arasında telefon danışığı olub

02.08.19 10:15 8920
Tramp və Putin arasında telefon danışığı olub
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilir ki, Ağ Evin həyətindən jurnalistlərlə söhbət edən D.Tramp bildirib ki, o, V.Putin ilə Rusiyadakı meşə yanğınlarını müzakirə edib və yanğınlarla mübarizədə ABŞ tərəfinin köməyini təklif edib.

ABŞ prezidenti qeyd edib ki, Rusiya prezidenti ilə telefon danışığı qısa, lakin konstruktiv olub.
banner

Oxşar Xəbərlər