• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Tramp və Kim Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəlib

12.06.18 12:45 726
Tramp və Kim Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəlib
Koreya Xalq Demokratik Respublikası və ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair razılığa gəlib.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Tramp və Kim Çen In arasında görüşün yekunlarına dair imzalanmış sənədə əsasənKXDRKoreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlikgötürüb.
Tramp da bunun qarşılığında KXDR-in təhlükəsizliyinin təminatına dair söz verib.
Kim və Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbiçilərin qalıqlarının axtarılması barədə razılığa gəliblər.
Sammit çərçivəsində imzalanmış yekun sənəddə o da qeyd edilib ki, ABŞ və KXDR sülh və yeni əməkdaşlığa hazırdır.
banner

Oxşar Xəbərlər