• cümə axşamı, 25 aprel, 04:07
  • Baku Bakı 19°C

Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”

23.08.17 23:36 852
Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”
Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Nevada ştatında çıxış edərkən bəyan edib.

"Bir ay bundan əvvəl Mosul şəhəri İŞİD terror qruplaşmasının silahlılarından təmizlənib. Terrorçuların sosial şəbəkələrdə fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb”, deyə D.Tramp qeyd edib.

CNN telekanalı ilə yayımlanan D.Trampın nitqi əsasən ABŞ Silahlı Qüvvələri veteranları ilə bağlı olub.
banner

Oxşar Xəbərlər